Bu otelin otaqlarının sayını bilsəniz...



Almaniyanın Baltik dənizi sahillərinə doğru uzanan maraqlı bir sahili var. Bu mövzunu daha maraqlı edən isə Rügen adıyla sahilə paralel mövqeydə yerləşən bir oteldir.

Dünyanın ən böyük oteli ünvanını alan bu otelin əsas xüsusiyyəti sizi çox çaşdıracaq. 5 km.lik uzunluğunda olan otelin 10 min otağı var.

Belə nəhəng bir otel 70 il əvvəl tikilməsinə baxmayaraq, heç bir zaman müştəriləriylə görüşə bilməyib

Bunun ən başlıca səbəbi isə bu otelin nasist Almaniyası zamanında Hitlerin əmriylə "Prora” adıyla 1936 və 1939 illər arasında inşaa edilməsidir.

Hitlerin böyük bir müharibə planı cızarkən bu inşaatın bitməsini təsdiq etməmsinə görə. bura heç bir zaman müştəri görməmişdi.

Bu proyektdə 9 min işçi çalışıb.1939-cu ildə müharibəyə görə başa çatmayan otelin inşaatında çalışanlar silah fabriklərinə göndərilir.

Hamburq şəhəri bombalanarkən bir çox insan bu otelə sığınıb. Müharibədən sonra Qərbi Almaniya ordusu tərəfindən qərargah kimi istifadə edilən otel 1990-cı ildə Almaniyanın təkrar birləşməsindən sonra taleyin qədərinə buraxılıb. Otelin qurulmasında məqsədlərdən biri isə faşizmi burada təbliğ etmək olub.

Yüzlərlə otaq və divar vandallar tərəfindən dağıdılmış vəziyyətdədir.Otelin indiki proyektində isə lüks otaqlar təkrar əvvəlki vəziyyətinə qaytmaq üzrədir. Oktyabr ayında açılması planlaşdırılan nəhəng otelin lüks otaqları indidən satılır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi