ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək



ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

Analoq.az TİA.AZ-a istinadən xəbər verir ki, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.
Komandanlıq nümayəndəsi sınağın bir il əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi olmadığını bildirib.
“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib. (apa)скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi