Restoranda bədbəxt hadisə baş verdi



Aprelin 26-da Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qonaqlar arasında dava düşüb.

Məsələ ilə bağlı “Şəlalə” şadlıq sarayının “Avropa “ zalının rəhbəri Polad Yaqubov Modern.az-a açıqlama verib.

O qeyd edib ki, dava toya gələn qonaqlar arasında baş verib:

“Toy öz axarında gedirdi. Birdən iki nəfər arasında mübahisə yarandı. Mübahisə zamanı Şərif Mustafayev adlı şəxs sarayın qapısına çırpıldı. Əli-qolu kəsilib. Ciddi xəsarət almayıb. Onsuz da toyun sonu idi. Hadisədən sonra toy bitdi”.

P.Yaqubov hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatlı olmadığını bildirib.

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi