Etirazçılar parlament binasına daxil olublar



Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.ANALOQ.az Modern.az-a istinadən xəbər verir ki, etirazlara parlamentə alban Talat Haferin spiker seçilməsi səbəb olub. Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi