Bakıda daha bir dəhşətli hadisə baş verdi



Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Analoq.az Report.az-a istinadən xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Avtomobil onun üzərindən keçib.

Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi