Ağ Ev rəhbəri ehtimalı təsdiqləsə də...



ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramlarına görə bu ölkə ilə böyük münaqişənin mümkün olduğunu bəyan edib. Ağ Ev rəhbəri ehtimalı təsdiqləsə də, böhranın diplomatik yolla həllinə üstünlük verdiyini diqqətə çatdırıb.

Koreya Xalq Demokratik Respublikasının ən böyük qlobal problem olduğunu deyən Tramp, məsələnin diplomatik yolla həllinin çətin olduğunu da gizlətməyib. ABŞ Prezidenti çinli həmkarı Si Cinpinin də sözügedən böhranı həll etmək üçün çox çalışdığını diqqətə çatdırıb və onun bu cəhdlərini yüksək qiymətləndirib.

Qeyd edək ki, Ağ Ev administrasiyası aprelin 26-da Koreya Xalq Demokratik Respublikasının nüvə və raket proqramlarını milli təhlükəsizlik üçün ən böyük hədə və xarici siyasət üçün prioritet məsələ elan edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi