Tural İrfan:"Bircə dənə də fakt yoxdur ki, kimsə arvadını boşayıb digər mühacirə verib”



Son günlər Mingəçevir şəhərində Heydər Məscidinin axundunun qalmaqallı çıxışı yenidən gündəmə gəlib. Belə ki, məscidinin axundu Hacı Ələmdarın çıxışında qeyd edib ki, keçmişdə 3 arvadı olana tapşırılıb ki, artıq arvadlarını kimləsə evləndirsin. O, Peyğəmbərə və İslamın şanlı tarixinə fars nağılları yamayaraq guya Peyğəmbər əshabının Məkkədən Mədinəyə hicrəti zamanı Mədinəlilər arvadlarını boşayaraq onlara ikram ediblər.

İlahiyyatçı Tural İrfan Cebhe.info-ya bildirib ki, Azərbaycanın hazırkı axundlardan bundan yaxşı söhbət ummaq sadəlövhlük olardı:

“Birinci, bu axund İran təhsillidir. İran təhsillilər də fars şovinizminin təsiri altda uydurulan və ümumislam ortaq rəyinə müxalif nağılların təsiri altında olurlar. Məsələn, İran nağıllarında deyilir ki, guya Peyğəmbərin qayınatası onun qızını amansızcasına öldürüb. Bu həmin qayınatadır ki, İranı , Sasani taxtını viran edərək onları İslama gətirib. İran bunu həzm edə bilmir və belə nağıllarla islamda nifaq yaradır. Bu axundun nağılı da bu qəbildəndir. Məqsəd İslamı ləkələməkdir.

Digər tərəfdən, savadlı adam mənbələrə, kitablara, ravilərə, tarixlərə əsaslanıb danışır. Bu isə özündən uydurub danışır.

Eyni zamanda, mühacirlər Mədinəyə gedəndə arvadlarını da apardılar. Arvadlarını Məkkə müşriklərinə qoyub getmədilər ki...

Həmin dövrdə Ərəbistanda ərəblər arasında mütəmadi olaraq tayfalar arası döyüşlər olurdu və ona görə də kişi qıtlığı vardı. Mədinədə kifayət qədər qadın vardı ki, arvadı olmayan mühacirlər evlənsin. Heç bir tarixi mənbədə bu axundun sayaqladığı sərsəm cəfəngiyat öz əksini tapmayıb. Bu səhabələrə böhtandır. Bircə dənə də fakt yoxdur ki, kimsə arvadını boşayıb digər mühacirə verib”.

İlahiyyatçının sözlərinə görə, islam qayda qanunları heç zaman belə çirkin oyunlara meydan açmayıb:

“İslamda hətta evlənmə imkanı olmayanlara oruc tutmaq əmr olunur, nəinki başqasının arvadına göz dikmək. Belə şeylər yalnız o axundun dərs aldığı və ya təsirinə düşdüyü farsistanda baş verib tarix boyu. Bu, sırf fars nağılıdır. Qəbri Beyləqanda olan Cərcis peyğəmbəri Allah Fələstindən yolladı ki, Mosul hakimi, (o dövrdə Mosul Sasani fars imperiyasının tərkibində idi) əxlaqsız bir rəhbəri öz qızıyla evlənməkdən yayındırsın. Hökmdar da peyğəmbəri doğradıb quyuya tökdürdü. Bu fakt Tarixi Ənbiya, yəni Peyğəmbərlər tarixində, Səmədxan Beyləqanlının Cərcis haqda yazdığı nadir əsərdə əksini tapıb. Yəni, belə çirkin işləri farslar gətiriblər. Bu axundun danışdığı ilə razılaşan Qafqaz Müsəlmanları İdarəsinin də 70 heyəti İranda təhsil alanlardır. Nə qədər ki, ölkəmizdə dini təhsil alanlar qırağa atılıb xarici mollalar meydan sulayacaq hələ bu nədir ki...

Son olaraq qeyd edim ki, islamda belə hökm yoxdur. İslamda hər hansı bir hökm icra olunarkən onu birinci peyğəmbər özü icra edib ki, başqalarına örnək olsun. Tarixdə onun da kiminsə arvadını (əstəğfürullah) əlindən alması faktı yoxdur və ola da bilməz.

Bu, sırf islama ləkədir. Belə axundların əsl islamdan əsla xəbərləri yoxdur. Bu kimi şəxslər əgər normal nizam intizam qaydaları olsaydı müvafiq məsuliyyətə cəlb olunmalı idi”.

Yeganə Oqtayqızı
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Non Prescription Cialis Generic where to buy cialis online safely buy accutane 20mg Brand Name Viagra In Usa