Xaçaturovun təyinatı ciddi dəyişikliyə gətirib çıxartmayacaq



Ermənistanın silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, ölkənin Milli Təhlükəsizlik Şurasının sədri Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin olunması Qarabağ münaqişəsinin həllində Yerevanın maraqlarına xidmət edə bilərmi?

Analitik Coşua Kuçer bununla bağlı Eurasianet.org saytında məqalə yazıb.

Onun sözlərinə görə, bir müddət əvvəl KTMT-ya baş katib təyinatı ləngiyirdi, bunun əsas səbəbkarı isə Azərbaycanın səyləri ilə Qazaxıstan və Belarusun təzyiqləri idi.

Ekspert qeyd edib ki, Xaçaturovun təyinatı KTMT-nın kursunda elə də ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Çünki Xaçaturov baş katib qismində Ermənistan vətəndaşı kimi yox, beynəlxalq səviyyəli bir sima kimi addımlar atmağa borcludur.

“KTMT-nın fəaliyyəti onsuz da qaranlıqdır. Buna görə də aydın deyil ki, qərarların verilməsində baş katibin təsiri nə qədərdir”-deyə Coşua Kuçer bildirib.

Qeyd edək ki, Yuri Xaçaturov bu ilin 14 aprelində KTMT-ya baş katib gətirilib.Ondan əvvəl isə bu vəzifədə Nikolay Bordyuja olub
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi