Türkiyədə saman altından su yeridirlər...



Türkiyə Böyük Millət Məclisində təmsil olunan erməni əsilli Qaro Paylan və tarixçi Tamər Akçam dünyanın bir çox ölkəsində qondarma erməni soyqırımını təbliğ edir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar rəsmi Feysbuk səhifəsində yazıb. O, TBMM-də təmsil olunan Qaro Paylanın Türkiyəyə xəyanət etdiyini bildirib:

“Türkiyə Böyük Millət Məclisindən türk millətinin ödədiyi vergilər sayəsində hər ay maaş alan HDP-çi millət vəkili Qaro Paylan yaşadığı ölkəyə zərər vurur. Tamər Akçam isə “türk tarixçi” adı ilə xarici dövlətlərdən pul alaraq, Türkiyə əleyhinə fəaliyyət göstərir. “Ermənilərə qarşı soyqırım olub” deyəndə heç kim onlardan soruşmur ki, Türkiyədə soyunuz kəsilibsə, bəs siz haradan törəmisiniz?”

Proffesor Aygün Attar 2015-ci ildə keçirilən parlament seçkilərində bir neçə erməni əsilli vətəndaşın millət vəkilliyi üçün namizəd göstərildiyini, hazırda Türkiyədə 3 erməni millət vəkilinin olduğunu xatırladıb:

“Qaro Paylan Türkiyənin erməni icmasına göstərdiyi bu isti münasibətə “erməni soyqırımı” iddiaları ilə “təşəkkür etdi”. O, bu həftə Torontoda min beş yüz nəfərin önündə çıxış edərək, Türkiyənin cəzalandırılmasını istəyəcək”.

Professor Aygün Attar sonda hər iki şəxsi Türkiyənin çörəyini yeyərək, ona xəyanətdə ittiham edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi