Xalq ayağa qalxdı.Etiraz aksiyası baş tutdu



Ermənistanın Artik rayonunda əhali etiraz aksiyası keçirib.Kəndlilər ötən il baş verən selin nəticələrinin aradan qaldırılmadığını, onlara vəd olunan konpensasiyanın hələ də ödənilmədiyini deyirlər.

Etirazçılar üzləşdikləri problemin tez bir zamanda aradan qaldırımasını tələb edirlər.

Keçən ilin iyununda Ermənistanın bölgələrində qar suları küçələrə, fərdi yaşayış evlərinə, obyektlərə dolaraq kəndlilərə xeyli ziyan vurub.

Seldən ciddi zərər çəkən kəndlilər Ermənistan höküməti tərəfindən onlara ayrılan vəsaitin azlığından şikayətlənirlər.

Ermənistanın Artik rayonunun sakinləri deyirlər ki, bu günədək kompensasiyanı tam almayıblar. Onlar bu səbəbdən dağılmış evlərini, təsərrüfatlarını bərpa edə bilmirlər.

Səbəb Ermənistan hökümətinin verdiyi cüzi məbləğin dəymiş ziyanı aradan qaldırmağa kifayət etməməsidir.Kəndlilər selin yaratdığı problemlərin obyektiv qiymətləndirilməsi və buna uyğun kompensasiya ödənilməsi üçün müvafiq dövlət qurumlarının qapılarını dəfələrlə döyürlər.Lakin onların müraciətlərinə baxan tapılmır.

Kəndlilərə deyirlər ki, nə verilib onunla kifayətlənməlisiz.Etirazçılar isə buna maddi imkanları çatmadıqlarını deyirlər.Bu səbəbdən də şikayətlərinə baxılması üçün rayonun mərkəzində toplaşmağa qərar veriblər.

Nəticə əldə olunmasa aksiyanı İrəvanda hökümət binası qarşsında davam etdirməyi düşünürlər.

Artik meriyasının Kentron TV-yə verdiyi açıqlamaya görə ərazidə tez-tez belə hallar baş verir.Rayonun büdcəsində vəsait çatışmadığı üşün əhaliyə lazimi yardımı göstərə bilmirlər.
aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi