Xocalı soyqırımının tanıdılması üçün petisiyaya qısa vaxtda 15 mindən çox imza topladı



Rusiyalı tarixçi alim Oleq Kuznetsovun Xocalı soyqırımının tanıdılması üçün hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb. Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiyanın verilməsi üçün ümumilikdə 25 min imzanın toplanması zəruridir.

Bu barədə mayın 3-də Yeni Azərbaycan Partiyasının Bakıda təşkil etdiyi tədbirdə məlumat verilib.

Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı tərtib etdiyi petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır.

Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, insanlığa qarşı törədilən Xocalı faciəsini bır sıra dünya dövlətləri soyqırımı aktı kimi tanıyıb. Petisiyada eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.

Azərbaycan gənclərini Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa və petisiyaya imza atmağa çağıran Oleq Kuznetsov az vaxtda petisiyaya minlərlə internet istifadəçisinin qoşulduğunu qeyd edib. O deyib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün change.org saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür: “Xocalı soyqırımının tanıdılması istiqamətində geniş təbliğat işləri aparılır. İnzibati resurslardan istifadə edərək gənc nəslin diqqətini bu məsələyə cəlb etməliyik. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir. Bu sənəd qətliamın soyqırımı kimi qəbul edilməsində, onu törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyətə malikdir”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov və digər çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələr, ABŞ-ın bəzi ştatları Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün qərar və qətnamələr qəbul ediblər. Xocalı soyqırımının müxtəlif ölkələrdə tanıdılması istiqamətində keçirilən petisiyalar da atılan addımlardandır. Belə ki, dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyalarda faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, qətliamın insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi