O bu dəfə qoyunların güdazına getdi



"Qafqazinfo" ARB Şimal-a istinadən xəbər verir ki, Şabran rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.

37 yaşlı Şabran sakini Fizuli Ocaqov Camal Həsənova məxsus iki baş qoyunu oğurlayıb satıb. Üçüncü dəfə də eyni yerdən qoyun oğurlayan şəxsi Şabran Polisi yaxalayıb. Saxlanılan şəxs birinci oğurladığı qoyunu 250 manata, ikincini 200 manata satdığını etiraf edib. O, əvvələr də məhkumluq həyatı yaşayıb.
Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi