450 illik sirr açıldı



Qazi Üniversitetinin professoru Süleyman Qanuninin daxili orqanlarının tapıldığını deyir.Analoq.az "Axar.az"a istinadla xəbər verir ki, Türkiyənin Qazi Universitetinin müəllimi professor Dr. İbrahimgil 450 il əvvəl Zigetvar səfəri zamanı ölən Sultan Süleyman Qanuninin daxili orqanlarının yeri aşkar olunduğunu bildirib.

Elmi simpoziumların birində çıxış edən alim orqanların Macarıstanın Zigetvar şəhərindəki Qanuni Məscidinin bağçasında basdırıldığını deyib.

Professor 450 il öncəyə aid sənədlər aşkar etdiyini və həmin sənədlərdə dediklərinin yazıldığını qeyd edib: " Sokullu Mehmet Paşa Vakfındakı sənədlərdən, Qanuni Sultan Süleymanın daxili orqanlarının Zigetvar şəhərindəki Qanuni Məscidinin bağçasında bir yerə dəfn edildiyi təsbit edildi.

Hətta sənədlərdə Sokullu Mehmet Paşanın da orada dəfn edildiyi yazılır. Tezliklə biz ora arxeoloq qrupu göndərəcəyik".

Xatırladaq ki, Osmanlı tarixində ən önəmli sultanlardan olan Qanuni Sultan Süleymanın harda dəfn edildiyi bu vaxta qədər mübahisəli idi.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi