Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.



Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

Görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.

Söhbət zamanı UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlığın qurulduğu, uğurlu birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ölkəmizin təşkilatla əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.
aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi