Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Firuzə İbadova:"Mən səhnədə olanda Astan yox idi"

16-05-2017, 21:30 | 8452 dəfə baxılıb.

Milli Məclisin deputatı Astan Şahverdiyevlə Əməkdar artist Firuzə İbadova arasında gedən torpaq qalmaqalı daha da böyüyüb.

Sənətçinin iddiasına görə, deputat ona məxsus bağ torpağını mənimsəyib. Bununla bağlı sənətçi 3 gün aclıq aksiyası keçirmiş və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra isə Firuzə İbadovanın səhhətində ciddi problemlər yaranıb.

Firuzə İbadova AzNews.az-a müsahibəsində bildirib ki, bu məsələdən əl çəkməyəcək, sona kimi haqqı uğrunda mübarizə aparacaq.

-Astan Şahverdiyev dəqiq bilirdi ki, kürəkəni Aqil Fətəliyev mənim pulumu ödəməyib. Hətta onlar bunu ailəlikcə bilirdi və məndən də halallıq almalı idi. Deməliydi ki, bacı bizə halallıq ver. Bu gün mənim iki əlim onların yaxasındadır. Bu işdən əl çəkməyəcəm.

Sadəcə zamanı gözləyirəm. Onu qınamıram. Mərhum prezidentin gözəl bir sözü var- “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Amma Astan Şahverdiyev dekabrın 25-də Azərbaycan xalqına öz təbrik mesajını verdi. Dedi ki, Azərbaycandan başqa ölkələrə işləməyə gedənlər “otxod”dur”. O, bu təbriki bütün dünya azərbaycanlılarına ünvanladı. Belə bir şəxsdən niyə inciyim? Mən səhnə, sənətlə əlləşən bir sənətkaram. Qazancım da sənətimdən çıxır.

-Məsələ ilə əlaqədar Astan Şahverdiyevin özü ilə görüşmüsünüz?

-Yox. Dəfələrlə cəhd eləmişəm, teleqrama belə vurmuşam. Rəşid Allahyarov var, hansı ki, bu işin içindədir, bütün proseslərdə iştirak edib. Rəşid Allahyarov dəfələrlə Spiker Oqtay Əsədova teleqrama vurub. Həmin teleqramlardan hətta bir neçəsi Astan Şahverdiyevin yaşadığı evin ünvanına göndərmişik. Xahiş etmişdi ki, “Firuzə İbadova da siz də tanınmış simasınız, gəlin birlikdə oturaq, məsələni həll edək. Bu insanın pulu ona qaytarılmalıdır, günahdır.

O, qadındır, tanınmış sənət adamıdır, hər yoldan ötən deyil.” Başqaları kimi səhnəyə çıxıb mütrüf kimi oynayıb getməmişəm. Sənət adamıyam. Amma bütün xahişlərə, vurulan teleqramalara baxmayaraq, Astan Şahverdiyevin bir dəfə də olsun nə özü, nə də adamları mənimlə görüşüb. Teleqramların bütün sənədləri durur. Bu işin sonu olacaq. Nə vaxtsa aidiyyatı orqanlara çağırılanda həmin sənədlərlə gedəcəm.

Bu boyda məsələ öbaşına küçə uşaqları kimi avara qaldı. Məni aldadıb əlimdəm hər şeyi almaq çox asandı. Mən Firuzəyəm, heç kəsə əyilmərəm, insanları çox istəyirəm, onlara tez inanıram. Deputat desəydi ki, Firuzə xanım gəl bu işdən “vaz” keç, bizə halallıq ver, üzr istəsəydi, öz aramızda söhbət eləsəydik mən ondan keçərdim. Deyərdim ki, qurban olsun o yetim qalan uşağa, neynək.

-Əslində, günahkar kimdir, Astan Şahverdiyev, yoxsa mərhum kürəkəni?

- Mən onun kürəkəni ilə alver eləmişəm. Nə Astan Şahverdiyevin üzünü görmüşəm, nə də onun arvadının. Kürəkəni dünyasını dəyişəndən sonra Rəşid Allahyarov gəlib mənə dedi ki, sən bilirdin ki, torpaq alan Astan Şahverdiyevin arvadıdır? Dedim ki, yox. Bildirdim ki, o, mənə bu qadını qonşu kimi təqdim edib.

Deyib ki, “qonşuluqda bir qadın var, o, mənə faizlə pul verib. Bu həmin qadındır.” Biz Rəşid Allahyarov, Astan Şahverdiyevin kürəkəni və mən notariat kontorunda olmuşuq. Onlara çıxarış vermişəm, torpaq Astanın arvadı Solmazın adına keçirdiblər. Vəssalam, yerdə qalan bağ sahəsi mənim öz adımdadır, sənədləri də var. Bütün aidiyyatı orqanlarda sənəd mənim adımdadır. Hətta mən onun kürəkəninin də toyunda Cavanşir müəllimlə oxumuşuq. Yarım saat onu təbrik elədik.

Mən heç həmin toyda belə onların üzünü görmədim. Astanın varlığını kim bilirdi ki? “Otxod” sözündən sonra onun çox "piyar"ı getdi. Həmin arada bizim də aramızda olan məsələni qabardırdılar. Bu mənim xoşuma gəlmirdi. Mənim "piyar"lara, reklama ehtiyacım yoxdur. Sənət aləmində "piyar" olmaq istəyirəm. Bunlar yaxşı işlər deyil. Sənət adamları belə işlərdən kənar olmalıdır.

Amma bir Allah bilir ki,onlar məni aldadıblar. Nə günahım var, mən inanmışam. Axı, mən öz haqqımı, hüquqlarımın bərpasını istəyirəm. Əgər mən hüquqlarım uğrunda mübarizə aparmasam, dünyamı dəyişəndən sonra orada sorğu-suala tutulacam.

Bütün bu olanlardan sonra mən onun üzünü də görmək istəmirəm. Kimdir o?Bilən yox idi ki, Astan adında deputat var, ya yox. Mənim üçün onun kimi deputatlar zibildirlər. Bir yolla gedən insan heç vaxt əyriliyə gedə bilməz. Belə şəxslər əxlaqında, mədəniyyətində düz olur. Etiraf edim ki, bu məsələdə mənə ağır gələn hadisələr oldu.

- Məsələn,

- Astan Şahverdiyevin arvadının ünvanıma dediyi şər və böhtanlar. Deputatın arvadı dedi ki, “Firuzə eşidib ki, Astan deputatdır, bizdən pul qoparmaq üçün başlayıb şantaja”. Buradan onun arvadına səslənirəm, mənə sənin çirkli pulların lazım deyil. Mənim xalqım var, 47 ildir ki, məni Azərbaycan xalqı dolandırır. Sizin pulu neynirəm, ay yazıqlar. Mənim sizə yazığım gəlir.

Gəlin vaxtında halallıq alın, sonra pis olacaq. Gördünüz “otxod” sözü ilə bütün dünya azərbaycanlıları üzərinizə qalxdı. Sizə nifrətlər, lənətlər yağdırdı. Ürəyim doludur. Mən bunları deməliyəm. Deməsəm, o dünyada məni öldürəcəklər ki, niyə haqqını tələb etməmisən? Bəsdirdində, haqqımı yediyiniz, hüquqlarımı pozduğunuz.

Mən səhnədə olanda Astan yox idi. Gəlsin çıxaq küçəyə, görsün xalq onu tanıyır, yoxsa məni. Çox səmimi deyirəm, mənim parlamentimdə belə insanlar oturduğu üçün çox üzüldüm. Halbu ki, parlamentdə Astan Şahverdiyev kimi deputatlar oturmamalıdır. Orada xalqın pozulmuş hüququnun mübarizəsini aparan ziyalı insanlar oturmalıdır.

Tərbiyəsiz, səviyyəsiz Astan Şahverdiyev kimi deputat heç kimə lazım deyil. Buradan Firuzə sevərlərə səslənirəm, üzülməyin, heç nə olmayıb, qələbə sonda mənimlədir.

Astan, sən səhv yoldasan, o bağı mənim əlimdən kimsə ala bilməz. Böyük səhv etdin! Əvvəl Allah, sonra prezident. Ölkənin böyüyü var. Mən də prezidentimdən kömək istəyirəm.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Hüquq / Manşet / #Maraqlı

Tanınmış müğənni borca düşdü.Lombarddan 7 min pul götürdü-Dəhşət

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Əməkdar artist səhhəti ilə bağlı problemlər yaşayır.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Sərxan Kərəmoğlu:"Kanala gedirdim, hansı verilişi aparırdım, zəng edib onu oradan qovun deyirdin"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının