Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsində iştirak edib

17-05-2017, 10:30 | 4502 dəfə baxılıb.

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun "Maqsud hər kəsə gülümsəyir" adlı xatirə gecəsi keçirilib. Analoq.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Maqsud İbrahimbəyovun sevdiyi melodiya – "Adajio Albinoni" ilə başlanan xatirə gecəsində teatrın baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski görkəmli kinodramaturqun yaradıcılığından söz açdı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə çıxış edib: “Hörmətli Anna xanım. Hörmətli xanımlar və cənablar. Əziz dostlar.

Uzun illər ərzində Rus Dram Teatrının səhnəsində Maqsud İbrahimbəyovun əsərlərinin personajlari canlandırılıb. Bu axşam bu teatrda böyük yazıçı Maqsud İbrahimbəyovun yaxınları, doğmaları, dostları, onun istedadının pərəstişkarları toplaşıblar ki, bu böyük insana öz dərin məhəbbət və hörmətini bildirsinlər.

Sözsüz ki, Maqsud müəllimin istedadının pərəstişkarlarının sayı bu zalda əyləşənlərdən xeyli çoxdur.

Maqsud İbrahimbəyovun yaradıcılığı nəinki Azərbaycan mədəniyyətini və incəsənətini zənginləşdirib, həm də dünya mədəni irsinə layiqli töhfələr verib. Təsadüfi deyil ki, hörmətli Maqsud müəllimin əsərləri demək olar 30 dilə tərcümə edilib.

Maqsud müəllim qeyri-adi dərəcədə parlaq və çoxşaxəli şəxsiyyət idi. Dramaturq və kino xadimi, PEN-klubun prezidenti və parlamentin deputatı, parlaq həmsöhbət və parlaq polemist.

Həqiqətən, bir insanda bu qədər qeyri-adi istedad və bacarıq cəmləşəndə adamlar deyirlər ki, bu "Allah vergisi"dir. Doğrudan da bu, Allah vergisidir. Lakin, ilk növbədə Maqsud İbrahimbəyov böyük yazıçı idi.

Mənim nəslim - məhdud sərhədlərdə və məkanca ideoloji çərçivələrdə böyüyən nəsil üçün bədii ədəbiyyat varlığımızın olduqca zəruri tərkib hissəsi idi. Kitablar bizim üçün ən müxtəlif cəhətli bilik mənbəyi idi. Bədii ədəbiyyatın qiraəti bizə sərhədləri genişləndirməyə, süni maneələri aradan qaldırmağa imkan verirdi, bir çox "lal suallara" cavab tapmaqda kömək edirdi.

Ən başlıcası isə yüksək bədii söz bizi tamamilə məcburiyyətsiz, ehkamsız, patetikasız tərbiyə edirdi, əxlaq və mənəviyyatın bünövrəsini qoymağa kömək edirdi.

Düşünürəm ki, bu, istər peşəkarlıq fəaliyyətində, istərsə də şəxsi həyatında hər bir insana bütün ömrü boyu zəruri bünövrədir. Bax, böyük ustad Maqsud İbrahimbəyov belə bir zamanda yaşayıb və yaradıb.

Onun nəsri dinamik, bəzən kədərli, bəzən də dramatik idi. Amma həmişə çox səmimi və dərin fəlsəfi məna ilə zəngin idi. Maqsud müəllim sanki ən adi detallarda dərin məna tapa və onu sadə, anlaşıqlı və aydın dildə çatdıra bilirdi.

Əminəm ki, onun yaradıcılığına bir dəfə müraciət edən hər kəs sonra dəfələrlə onun əsərlərinə qayıdır, özləri üçün yeni nə isə tapırdılar. Onun hər bir əsəri zamanın ruhunu əks etdirməkdən başqa, həm də düşünməyə - həyatın mənası, hər kəsin bu həyatda görəcəyi işlər barədə düşünməyə vadar edirdi. Bu isə, heç şübhəsiz, yalnız həqiqi, böyük istedada nəsib olur.

Maqsud İbrahimbəyov öz əsərlərini rus dilində yazırdı. Bununla yanaşı, o, əsl Xalq Yazıçısı olub və olaraq qalır. Onun hər bir əsəri, bütün yaradıcılığı doğma torpağa, doğma mənbələrə, doğma köklərə böyük məhəbbətlə aşılanıb.

Onun sevimli Bakı şəhəri isə çox vaxt, demək olar, əsərlərinin əsas iştirakçısı idi.

Maqsud müəllim mərd, cəsur insan idi. O, öz prinsiplərini bütün həyatı boyu daşıyaraq, onları müdafiə edən insan idi. O, heç vaxt fikrini deməkdən, tənqid etməkdən qorxmurdu. Onun publisistikası Azərbaycan jurnalistikasının parlaq təbəqəsidir.

Ən başlıcası isə, Maqsud müəllim bütün həyatı boyu laqeyd insan olmayıb. O, həmişə gərəkli olmağı və bu cür qalmağı bacarırdı, heç vaxt kənarda olmurdu.

Bu insan haqqında, onun yaradıcılığı, yüksək mənəvi və insani keyfiyyətləri barədə çox danışmaq olar. Mən əminəm ki, zaman keçdikcə insanlar böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərini daha yaxşı və dərindən dərk edəcəklər.

Hörmətli Anna xanım, Siz Maqsud müəllimin həyatında xüsusi yer tutmusunuz. Əgər desəm ki, Siz onun ən yaxın dostu və ilham pərisi olmusunuz, yəqin ki, səhv etmərəm. Yəqin bilirsiniz ki, dostlarınızın, tanışlarınızın əksəriyyəti üçün siz ayrılmaz vəhdət idiniz.

Sizin cütlük məhəbbətin və qarşılıqlı hörmətin, iki parlaq şəxsiyyətin bir-birini tamamlayaraq, həm də daha güclü parlamasının rəmzi idi. Mən sizinlə aramızdakı dostluq və səmimi münasibətlərə çox həssas yanaşıram. Mən sizə çox dərin hörmət bəsləyirəm və sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Cənab Prezident həqiqətən doğru deyib: böyük Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov yaşayacaq. Onun doğmalarının, dostlarının və istedadının milyonlarla pərəstişkarının qəlbində və yaddaşında yaşayacaq. Belə ki, nə qədər əsərləri yaşayırsa, yazıçı da sağdır. Azərbaycanın layiqli oğlunun işıqlı xatirəsinə ehtiramımı bildirirəm".

Sənətkarın xanımı Anna İbrahimbəyova ömür-gün yoldaşının xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etdi.

Sonra TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman M.İbrahimbəyovla bağlı xatirələrini bölüşdü.

Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları Maqsud İbrahimbəyovun əsərlərindən parçalar səsləndirdilər.

Tədbirdə M.İbrahimbəyova həsr olunan sənədli film nümayiş etdirildi. Sənədli filmdə kinodramaturqun həmkarlarının və yaxın dostlarının müsahibələri yer alıb.
modern.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

Rüstəm İbrahimbəyov qardaşının yas mərasimində iştirak edəcəkmi?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının