İsraili Azərbaycanla birləşdirən maraqlar mövcuddur



Erməni politoloq İqor Muradyan Ermənistan üçün böyük təhlükə adlandırdığı İsrail-Azərbaycan, eləcə də İsrail-Rusiya münasibətləri haqda danışarkən bildirib.

Onun sözlərinə görə, İsrail və Rusiya arasında qarşılıqlı maraqların birləşdiyi çox nöqtə var: “Həmçinin, İsraili Türkiyə və Azərbaycanla da birləşdirən maraqlar mövcuddur. Türkiyə ilə iş daha mürəkkəb vəziyyətdədir, lakin Rusiya və İsrail Azərbaycanla sıx əməkdaşlıq edir.

Hər şeydən öncə bu əməkdaşlıq hərbi sferadadır. İsrail Azərbaycana təkcə müasir silahlar satmır, həm də istehsalında İsrail firmalarının iştirak etdiyi Rusiya silahlarının da Bakının almasına dəstək verir.

İsrail-Türkiyə-Rusiya xətti Ermənistanı mühasirəyə alaraq, onun NATO və Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. 1980-90-cı illərdən başlayaraq, indiyə kimi erməni xadimləri Rusiyada məhz İsrailin dostlarının nəzarətindədir”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi