Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Su filtirləri satan firmalara inanmayın-Ətraflı xəbəri oxu

24-05-2017, 14:30 | 9232 dəfə baxılıb.

Son bir neçə ayda Bakıda su filtri satışı ilə məşğul olan firmalar fəallaşıblar. Qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandıran belə şirkət nümayəndələri filtri satmayana qədər əl çəkmirlər.

Onlar daha çox axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər.

Əvvəlcə işi mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olan xanım əməkdaş göndərilir. Daha sonra bir neçə qurğu ilə ailənin istifadə etdiyi suyun heç texniki suya da yaramadığını “sübut edir” və sağlam yaşamağın yeganə yolunun su filtri almaq olduğuna inandırırlar.

Şikayətçilərin virtualaz.org-a bildirdiyinə görə, təcrübə zamanı istifadə edilən su elektroliz cihazı ilə parçalanır və mineralları ayrılır. Bu zaman suyun üzünə qara palçığa bənzəyən maddə çıxır ki, sakinlərin də təşvişinə səbəb olan məhz budur. Çirkli su içdiklərini düşünən istehlakçılar nəyin bahasına olursa-olsun dərhal su filtrini almağa razılaşırlar.

Şikayətçilər deyirlər ki, fırıldaqçılıqla məşğul olan bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər.
500 manatlıq filtri 1200 manata satırlar
Şikayətçi Vüsalə Rüstəmovanın sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şirkət həm də filtri bazar qiymətindən bir neçə dəfə baha satır.

“Bizə tez-tez gəlirlər. Hətta bir dəfə evə buraxdım ki, görüm necə yoxlayacaqlar. Qaynanmış su ilə qaynanmamış suyu yoxladılar.

Şirkət nümayəndəsi dedi ki, suyunuz təmiz deyil, mütləq aparat alıb süzməlisiniz. Qiyməti də 1200 manat. Sonra həmin filtri 500 manata “Sədərək” ticarət mərkəzində gördüm”.

Digər bir şikayətçi Rəşad Süleymanov isə yaşadığı binadan belə fırıldaqçılıqla məşğul olan şirkətin 10 nəfərlik qrupunu qovduğunu deyir.

“Çox həyasızlıq edir, mənzilə zorla girirlər. Bu işdə xüsusən də, qadın əməkdaşlar canfəşanlıq edirlər. Binada 1100 manata təklif etdikləri filtri mənə 470 manata satırdılar”, – deyə şikayətçi bildirir.
“Su filtri bazarında hərc-mərclikdir”

Bəs filtr satan firmaların fırıldaq olduğunu necə bilək? Onlar istehlakçıları necə aldadırlar? Əslində içdiyimiz suyun təmiz olduğuna əminikmi? Sayt bu suallara aydınlıq gətirmək üçün araşdırma aparıb. Məlum olub ki, su filtrlərinin satışı ilə məşğul olan firmalardan Azad İstehlakçılar Birliyinə (AİB) xeyli şikayət daxil olub. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda filtri quraşdırıb gedəndən sonra belə firmaları tapmaq müşkülə çevrilir.

“Ötən həftə bizə su filtri quraşdıran şirkətlə bağlı belə bir şikayət daxil olmuşdu. Biz araşdırdıq, məlum oldu ki, su filtri satan şəxsin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır.

Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq”, – deyə AİB sədri bildirir.

Ekspertin sözlərinə görə, su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur.

Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Gördüyü qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan mineralların yanması nəticəsində əmələ gəlir ki, bu da normal prosesdir.

Bu su filtrləri həm də ona görə təhlükə mənbəyidir ki, suda insan bədəni üçün əhəmiyyətli olan kalsium, natrium, maqnezium, fosfor, kalium, dəmir, mis və sink kimi mineralları yox edir.
Hazırda ölkədə su filtri bazarında hərc-mərclik olduğunu deyən E.Hüseynov hesab edir ki, bunda həm də əhali günahkardır.

Kanalizasiyaya içalat, pampers və digər tullantıların atılması təmizləyici qurğuların işini çətinləşdirir. Bu vəziyyətdən istifadə edən su filtri satanlar da at oynadırlar.

AİB sədri hesab edir ki, problemin hökumət səviyyəsində qaldırılmamasının səbəbi ölkədə istehlakçı hüquqlarının qorunmamasıdır. “Bu qədər şikayət olsa da, heç bir dövlət qurumu problemin qarşısını almaq istəmir. İqtisadiyyat Nazirliyi heç bir müraciət olunan şikayəti araşdırmır”, – deyə AİB sədri bildirir.

Əhaliyə verilən su standartlara cavab verir?
“Azərsu” ASC-dən isə su filtri satan fırıldaqçılarla bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edildiyini deyirlər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, əhaliyə verilən su standartlara cavab verir:

“Bu məhsulları satan şəxslərin şirkəti qeydiyyatdan keçməyib, onlar fərdi qaydada işləyirlər. Onlara qarşı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti mübarizə aparmalıdır və bu məsələdə vətəndaşlar da fərdi qaydada iş görməlidirlər.

Biz deyirik ki, bizim suyumuz standartlara cavab verir və suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyi də bunu təsdiqləyir”, – deyə A.Cəbrayıllı bildirir.
Şikayətlər araşdırılır, tədbir görülür, amma…
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən virtualaz.org-a verilən məlumata görə, nazirliyinə bununla bağlı hər hansı şikayət daxil olsa, araşdırılaraq tədbir görülür:

“Bizə bu il bir şikayət daxil olub. Belə ki, istehlakçı mağazadan su filtrini alıb, amma onun reklamındakı göstəriciləri real göstəricilərlə üst-üstə düşməyib. Biz bunu araşdırmışıq və həmin istehlakçının pulu geri qaytarılıb. Əgər bizə belə şikayətlər olarsa, biz araşdırmağa hazırıq”, – deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

“Beynəlxalq sertifikatımız var, fırıldaqçı deyilik”
Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon nömrələrini tapa bildik. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da cavab vermək istəmədilər.

Yalnız “Dinamik Okean” şirkəti ilə əlaqə saxlaya bildik ki, onlar da fırıldaqçılıqla bağlı deyilənlərlə razılaşmadılar. Şirkətdən Amerika və Almaniya texnologiyalarla çalışan su filtrləri satdıqlarını və hətta beynəlxalq sertifikatlarının da olduğunu dedilər. Məlum oldu ki, günahkar mineralların təhlükəli olduğunu anlamayan əhalidir.

“Azərbaycanda mineralları faydalı şey kimi başa düşürlər. Əslində isə bunların normadan artığı ziyandır. Düzdür, təcrübə zamanı suyun qaralması elektroliz cihazı ilə parçalanma ilə bağlıdır. Biz filtrdən keçən suyu da elektroliz aparatına qoşuruq. Orada nisbətən az saralma olur.

Bu orada mineralların miqdarında olmasını göstərir, burada heç bir fırıldaq yoxdur. Qiymətlərə gəlincə isə, bir məhsulun müxtəlif qiymətlərə olması normaldır, bizim satdığımız filtrlər keyfiyyətli olduğuna görə bahadır”, – deyə şirkətdən bildirdlər.
qafqaznews.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #İqtisadiyyat / #Maraqlı / #Dünya

Azərbaycanda SİQARET QITLIĞI: firmalar satışı dayandırdı..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Kür çayında suyun bulanıqlığının artması ilə əlaqədar verilməsində məhdudiyyətlər olacaqdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Dənizdə və ya çayda qüsl almaq olarmı?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının