Azərbaycanın enerji sektorunda əcnəbi işçi qüvvəsi 8-10 faiz təşkil edir



Azərbaycanın enerji sektorunda əcnəbi işçi qüvvəsi 8-10 faiz təşkil edir "Əcnəbi işçilərin Azərbaycanda işə cəlb olunması məsələsinə Dövlət Miqrasiya Xidməti (DMX) çox diqqətlə yanaşır. Dövlət Xidməti olaraq bizim marağımızdadır ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar".

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər - Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə deyib.

Xidmət rəisi bildirib ki, Azərbaycanda əcnəbi işçilərin işə cəlb olunması kvota əsasında həyata keçirilir, bununla bağlı 2016-cı ildə qanun təsdiq olunub: "O iş yerlərinə ki, Azərbaycan vətəndaşı üçün vakant yer yoxdursa, ora xarici vətəndaşlar cəlb olunur. Artıq kvota məsələsində də azalma baş verib. Enerji sektorunda əgər əcnəbi işçi qüvvəsi 2012-ci ildə 30-35% idisə, artıq bu gün 8-10%-ə endirilib. Bu da Azərbaycanda olan şirkətlərin bəzi kadrların hazırlanmasına önəm verməsindən irəli gəlir. Biz bu məsələni diqqətdə saxlayırıq".
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Levitra Rezeptfrei Kaufen http://kamagorder.com Mentax Baclofene Achat Ligne