Sakinlərin etirazı nəzərə alınmır-Fakt



Mayın 24-də səhər saatlarından etibarən Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin elektrik enerjisi kəsilib.
Gununsesi.info-ya bu haqda yaşayış kompleksinin sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, sakinlər elektrik enerjisinə sərfiyyat xərclərini vaxtı-vaxtında ödəsələr də, işıqsız qalıblar: “Zirvə” enerjiyə zəng edirik, deyirlər ki, AAAF-ın “Azərenerji”yə borcu var. Burada yaşayan sakinlərin isə elektrik enerjisinə görə borcları yoxdur, vaxtı-vaxtında ödəniş edirlər. Borcu yaradan AAF Parkın direktorunun kafeləridir.

Biz işıqsız qalmışıq, lakin onların kafeləri işəyir. Həmin borcu isə kafe sahiblərindən yox, sakinlərdən çıxarmaq istəyirlər. Şəhərciyin 21-ci küçəsinin sakinləri ayağa qalxıb ki, prezidentə müraciət edək. Kimin borcu varsa, onun işığını kəssinlər. Axı borcunu ödəyən sakinlər niyə əziyyət çəkməlidir ki? Direktorun villasının yerləşdiyi küçənin isə işıqları kəsilməyib. Çünki həmin küçəyə başqa “liniya”dan elektrik xətti çəkilib”.

Sakinlər qeyd ediblər ki, gün ərzində işıqsıq qalan vətəndaşlar nə edəcəklərini bilmirlər: “Yaşlılar, azyaşlı körpəsi olan ailələr var. Hələ xəstə insanları demirik. Belə zülüm olmaz ki… Günahkar hər kimdirsə, cəzalandırılsın. AAAF Park yaşayış kompleksinə bir köçən sevinir, bir də buradan qaçan”.

Bu arada, redaksiyamıza verilən son məlumatlara görə, AAAF Park yaşayış kompleksinin sakinləri etiraz əlaməti olaraq artıq yolu bağlayıblar.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi