Prezident İlham Əliyev sərəncam imzalayıb



Prezident İlham Əliyev Aydın Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənədlə Azərbaycan Respublikasında gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnikidir, onun 60 yaşı tamam olur. A.Novruzov isə Sərhəd Qoşunlarının (DSX) keçmiş komandanı, general-mayordur, onun 80 yaşı tamam olur.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi