Xərçəngi riskininin artmaması üçün nə etməliyik?



ABŞ-ın Xərçəng Xəstəliyinin Tədqiqatı İnstitutu və Dünya Xərçəng Xəstəliyinin Tədqiqatı Fondunun alimlərinin yeni araşdırmasına görə, bir badə şərab və ya alkoqollu içki içmək qadınlarda süd vəzisi xərçəngi riskini artırır. Bununla əlaqədar olaraq 2010-cu ildən etibarən 260 mini süd vəzisi xərçəngi olan 12 milyon qadının sağlamlıq hesabatı araşdırılıb.

AZƏRTAC “sciencedaily.com” saytına istinadla xəbər verir ki, gün ərzində bir qədəh şərab və ya 10 qram alkoqollu içki içən qadınlarda menopauzadan əvvəlki xəstəlik riski 5 faiz, menopauzadan sonrakı risk isə 9 faiz artıb. Amma süd vəzisi xərçəngi riskini pəhriz və idmanla azaltmaq olar.

İdmanla məşğul olan zərif cinsin nümayəndələrində xəstəlik riski müvafiq olaraq on yeddi və on faiz azalır.

Gəzinti və bağbanlıq kimi aktiv həyat tərzi keçirən xanımlarda isə süd vəzi xərçəngi riski oturaq qadınlara nisbətən 13 faiz aşağıdır.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi