Bizi izləməyi unutmayın

#İqtisadiyyat

İcra başçısı ilə rayon sakini arasında olan qalmaqal-Kim haqlıdır?-Araşdırma

3-06-2017, 19:30 | 5342 dəfə baxılıb.

Qəzetimizin ötən saylarında Lerik rayonunun Zərinqala kənd sakini, 86 yaşlı əmək veteranı Babaəli Ağayevin şikayəti əsasında "İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur” başlıqlı yazı dərc edilmişdi.

Şikayətçi yazıda torpaq sahəsini və evini Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova satmadığı üçün sıxışdırıldığını, ona qarşı haqsızlıq edildiyini, icra başçısının birinci müavini Cəlil Baxşiyevin adamları tərəfindən əkin sahələrinin məhv edildiyini bildirmişdi. Şikayətçi iddia edir ki, bunun səbəbi icra başçısının ona məxsus torpağı ələ keçirmək istəyidir.

Şikayətçi Babaəli Ağayev yenidən redaksiyamıza müraciət edərək yazıdan sonra ona qarşı haqsızlıqların daha da artdığını bildirib: "Qəzetdə gedən yazı sanki qığılcımı alova çevirdi. Bizə qarşı yeni hücumlar, təxribatlar, əmlakımızın qarət edilməsi və s. fəsadlar başlandı.

Biz 6 hektar torpaq götürmüşük və 6 nəfərik. 6 nəfərə də dövlət aktı ilə 6 hektara yaxın torpaq verilib. Lerik rayon Xalq Deputatları Soveti rəyasət heyətınin 25 may 1992-ci il tarixli qərarı ilə Zərinqala kəndinin bərpasına, onun 5 sakininə ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılır.

Qərarda göstərilir ki, kəndin digər sakinləri də istənilən vaxt geri qayıtsalar, onlara torpaq sahəsi verilməlidir. Mən əmək təqaüdünə çaxandan sonra 1993-cü ildə özümə ev tikmişəm, digər kənd sakinləri də özlərinə ev tikməkdə davam edir və torpaqlarını əkib-becərirlər.

Mənim evimin çıxarışı var. Ancaq icra başçısı mənim torpağıma göz dikib ki, evimi sökdürüb orada özü ev tikdirsin. Əvvəlcə torpağımı pulla satmağı mənə təklif etdi, mən rədd etdikdə isə qanunsuz yollara əl atmağa başladı.

Bütün bunlar azmış kimi, yazı çıxdıqdan sonra icra başçısı qonşu Divaqac kəndinin digər sakini Eynulla Nuriyevi üstümüzə qaldırıb.

Guya onların da torpağı mənim tikdirdiyim evin yerinə düşür və mən evimi sökməliyəm. Ancaq bir sadə suala cavab verə bilmirlər ki, ev tikilib 1992-ci ildə, çıxarışı və sənədləri var. Ötən 25 ildə siz harada idiniz?

Bundan başqa, Divaqac kəndində 3 dəfədən artıq torpaq sahəsini zəbt etdiyiniz halda bizə olan iddian doğrudurmu? Nuriyev Eynulla mənə açıq-aydın bildirir ki, icra hakimiyyəti məni məcbur edir ki, sizdən əl çəkməyim.

Əslində bütün bunları Lerik rayon icra başçısı edir ki, özünə orada böyük bir ev tiksin. Çünki biz Zərinqala kəndini xarabalıqdan gözəl və səfalı bir məkana çevirmişik. Bir dəfə torpağımızı ekspertiza etdilər və ekspertiza bizim xeyrimizə qərar verdi ki, onların bu torpaqda haqqı yoxdur. İcra başçısının təkidi ilə 2016-cı ilin may ayında təkrar ekspertiza aparıldı.

Aparılan ekspertizada göstərilir ki, qonşu Divaqac kəndinin sakini Ramiz Xanəhmədova məxsus 29 sot torpaq mənim torpağımın üstünə düşür. Lakin bu ekspertiza aktına məhkəmə eksperti X. İsgəndərovun adı, soyadı yazılsa da o buna imza atmayıb.

Beləliklə, Lerik məhkəməsinin hakimi F.Əliyev belə saxta rəyə əsasən qərar qəbul edərək torpağımızı R. Xanəhmədova aid edir. Lənkəran Kadastr İdarəsinin rəisindən belə bir ziddiyyətli, həm də heç bir həqiqəti əks etdirməyən vəziyyəti soruşduqda o, ”bizim kompüterimiz belə göstərir" cavabını verir. Mən tələb edirəm ki, təkrar ekspertiza keçirilsin və haqq-ədalət yerini tapsın".

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsaq da, zəngimizə cavabverən olmadı. İttihamlarda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(musavat.com)
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Siyasət

İcra başçısı rayon vətəndaşları döydürür?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının