Mehriban Əliyeva:"Savadlı,bacarıqlı və hazırlıqlı gənclərin yetişməsi isə ölkəmizin gələcəyi üçün önəmlidir"



"Ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşür". Analoq.az Modern.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunda bildirib.

Mehriban Əliyeva bildirib ki, SABAH könüllüləri ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə böyük rol oynayıb: "SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

Savadlı, bacarıqlı və hazırlıqlı gənclərin yetişməsi isə ölkəmizin gələcəyi üçün önəmlidir".

Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi