İsrail üçün yaranan fürsət



Qətərlə ərəb ölkələri arasındakı yaranan böhran İsrail üçün böyük fürsətdir.

Analoq.az xəbər verir ki, bu sözləri İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.

“Terror qorxusu səbəbindən Qətərlə əlaqələrini kəsən ərəb ölkələrinin İsraillə əməkdaşlığı üçün imkan yaranıb. Ərəblər bu regionda İsrailin deyil, terrorun əsas təhdid olduğunu anladı. İndi top onların meydanındadır”, - nazir bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Liviya, Yəmən, Maldiv və BƏƏ İsraillə diplomatik əlaqələri dayandırıb.
tia.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi