Qətər bölgədən təcrid edilərək blokada vəziyyətinə salındı



Qətər ilə Səudiyyə Ərəbistanı arasında günlərdir davam edən böhran yeddi ölkənin iştirakı ilə son dərəcə sərt bir qərarın verilməsi ilə yekunlaşdı.

Belə ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Liviya və Maldiv adaları Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdilər.

Bunun ardınca isə əməli addımlara keçildi. Qətər bölgədən təcrid edilərək blokada vəziyyətinə salındı. Buna səbəb kimi isə Qətərin terrorçuları dəstəkləməsi, İranla münasibətləri göstərilir.

Mövzunu şərh bedən türkiyəli ekspert Bora Bayraktar hesab edir ki, Körfəz ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsmək barədə qərarı xəbərdarlıq xarakteri daşıyan passiv bir qərar deyil, əksinə, bu, zəiflədici, aqressiv və tez nəticə əldə etməyə yönəlmiş bir addımdır: "Körfəz ölkələri öz diplomatik elçilərini geri çağırmaqla kifayətlənməyəcək, qətərli diplomatlara da 48 saat ərzində həmin ölkələri tərk etmək göstərişi verilib.

Qətər vətəndaşlarına isə 14 gün verildi. Qətər Yəməndə husilərə qarşı döyüşən beynəlxalq koalisiyadan çıxarılıb. Sözügedən ölkələr hava sahələrini, quru sularını və limanlarını da Dohaya bağlayıblar.

Səudiyyə Ərəbistanından Bəsrə körfəzinə uzanan bir yarımada olan Qətər, beləcə sözün tam mənasıyla təcrid edildi. Ankara ilə quru əlaqəsi də bağlanılaraq xarici dünya ilə əlaqəsi demək olar ki, kəsildi". Ekspert bu blokadanın məqsədi və nə kimi nəticələr doğura biləcəyini də açıqlayıb.

Onun sözlərinə görə, bu hadisə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra İrana qarşı aparılan blokada siyasətinin bir nəticəsidir: "Tramp ötən ay Səudiyyə Ərəbistanına səfəri zamanı bu siyasəti yaxşıca dəqiqləşdirdi və Səudiyyə Ərəbistanı İranın blokadasını mərkəz halına gətirdi.

Ər-Riyadla əldə edilən yüz milyardlarla dollarlıq silah razılaşması bunun bir göstəricisidir". B.Bayraktar bildirib ki, Qətər rəhbərliyi İran ilə daha balanslı əlaqələr qurmağın tərəfdarıdır. Qətər əmirinin daha sonra təkzib edilən "İranın İslam dünyası içində bir güc olduğu" sözləri, ABŞ-a qarşı İranı dəstəkləyən Qətərın Səudiyyə Ərəbistanının hədəfi halına gətirdi.

Qətərin təcrid edilməsinin ikinci səbəbi isə "Müsəlman qardaşları" təşkilatına həm siyasi, həm də maliyyə dəstəyi verməsidir. Bu da ərəb dünyasına təsir göstərir. Başda Səudiyyə Ərəbistanı olmaqla, digər körfəz ölkələri Misirdəki bənzər üsyanın dalğasını təhlükə olaraq görürlər.

Buna görə də Qətərin bu cür təşkilatlara verdiyi dəstəyi kəsməsini istəyirlər. Onun sözlərinə görə, Qətər körfəz ölkələri üçün olduğu qədər Yaxın Şərq neftinin axınını nəzarət altında tutmağa çalışan İngiltərə və ABŞ üçün də əhəmiyyətli bir ölkədir: "ABŞ Dövlət Departamentinin rəhbəri Rex Tillerson blokada qərarından sonra tərəflərə dialoq çağırışı edib.

ABŞ bu böhran sayəsində həm Körfəz Əməkdaşlıq Şurası, həm də tək qalan Qətər üzərindəki təsirini artırmaq fürsəti əldə etmiş oldu".

Bəs Qətər böhranı neftin qiymətinə necə təsir göstərə bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bir neçə ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir.

Bəzi gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir: "Qiymətin aşağı düşməsi OPEC-ə üzv olan ölkələr arasındakı diplomatik gərginliklə bağlıdır.

Belə ki, bu gərginliyə görə OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir.

Praktik olaraq, "Qətər məsələsi" OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanlarnı xeyli məhdudlaşdırır.

Digər tərəfdən isə gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Sədiyyə Ərəbistanının Qətər blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb.

Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var".

İqtisadçının sözlərinə görə, Körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEC-in neft bazarına təsir imkanlarını xeyili məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyli çətinləşdirib: "Bu isə nəticədə qiymətlərin azalmasını stimullaşdırır.

Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmasa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir".
525.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Tretinoin Online Zithromax Coverage Buy Claravis Propecia cialis 20mg for sale Cialis Precio

#

StevMymn

написал 0
Comprar Lamisil Pastillas viagra Zithromax Antibiotic Robinaxol