OPEC-in baş katibi: "Natiq Əliyev Vyana sazişinin əsas memarlarından idi"



Mərhum energetika naziri, "Şöhrət" ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin vəfatı ilə bağlı enerji nazirləri, beynəlxalq enerji şirkətləri və diplomatik nümayəndəliklərin adından Energetika Nazirliyinə, mərhumun ailəsinə və yaxınlarına ünvanlanmış başsağlığı məktubları gəlməkdədir.

Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo öz adından və kartelin Katibliyi adından N.Əliyevin vaxtsız vəfatından kədərləndiyini ifadə edərək, nazir həmkarları üzərində onun böyük təsiri olduğu bildirilib. "Zati-alilərinin rəhbərlik və müdriklik kimi keyfiyyətləri nazir dostları və həmkarları arasında ona böyük nüfuz qazandırmış idi. Bu xüsusiyyətləri və diplomatik səyləri 2016-cı ilin ikinci yarısında aparılan neft müzakirələrində, ötən ilin dekabrında OPEC və qeyri-OPEC ölkələrinin tarixi əməkdaşlığına nail olunmasında, eləcə də may ayında sazişin uzadılması zamanı mühüm rol oynayıb. Natiq Əliyev bu tarixi qərarın əsas memarlarından biri idi".скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi