Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan Silahlı Qüvvələrində xeyirxah missiyaya start verib.

19-06-2017, 12:00 | 5002 dəfə baxılıb.

Türkiyənin Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycan Silahlı Qüvvələrində xeyirxah missiyaya start verib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, iyunun 16-da Dünyagöz Xəstəxanalar Qrupunun yeni layihəsinin təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev, idarənin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkim və mütəxəssisləri, Dünyagöz Xəstəxanalar Qrupunun Azərbaycan filialının həkim və tibb personalı iştirak edib.

21 ildir ki, qardaş Türkiyədə və onun hüdudlarından kənarda insanların sağlamlığı keşiyində dayanan Dünyagöz Xəstəxanalar Qrupu Azərbaycanda da öz filialını açıb. Qrupun avtomobil üzərində mobil göz klinikası isə 2004-cü ildən Türkiyədə fəaliyyət göstərir.

Ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş mobil klinika artıq 13 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsilə məşğul olur.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdə olarkən belə bir mobil göz klinikasının ölkəmizdə də müayinələr keçirməsi barədə təşəbbüs göstərib. Dünyagöz Xəstəxanalar Qrupunun rəhbərliyi bu təklifi dəstəkləyib və avtomobil üzərində fəaliyyət göstərən mobil göz klinikası bu təşəbbüsə əsasən ölkəmizə göndərilib.

Dünyagöz Xəstəxanalar Qrupu yönətim kurulu baş direktorunun müavini Adəm Esgün açılış mərasimində çıxış edərək xeyirxah layihənin gerçəkləşdirilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

O, Azərbaycan Müdafiə Nazirliyinin təşəbbüsü və dəstəyilə fəaliyyətə başlayan mobil göz klinikasının təmənnasız olaraq Silahlı Qüvvələrdə hərbi qulluqçuların gözlərini müayinə edəcəyini söyləyib.

“Dünyagöz Xəstəxanalar Qrupunun qardaş Azərbaycanda da müasir standartlara uyğun göz müayinələrini aparmasından qürur hissi keçiririk.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun birgə təşəbbüsünün nəticəsində bu aksiya gerçəkləşdirilir. Bu layihəyə dəstək vermiş Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımı bildirirəm”.

"Ölkəmizdə öncə Dünyagöz Xəstəxanalar Qrupunun Azərbaycanda möhtəşəm bir filialı açılıb. İndi isə Qrupun mobil göz klinikası Silahlı Qüvvələrimizdə bu xeyirxah aksiyaya başlayır. Bütün bunlar Türkiyə ilə Azərbaycan arasında qardaşlığı bariz bir nümunəsidir.

Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə və Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar hər iki dövləti daha da yaxınlaşdırır.

Bu xeyirxah aksiya Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə gerçəkləşir. Mobil göz klinikası ən müasir avadanlıqlarla təchiz edilib. Qeyd edim ki, bizim Baş Klinik Hospitalda, digər tibb müəssisələrimizdə hər cür şərait yaradılıb, hərbi qulluqçularımızın müayinə və müalicəsi üçün hər bir imkan var.

Həm savadlı tibb kadrlarımız var, həm də dövlətimiz müasir avadanlıqlarla tibb müəssisələrimizi təchiz edib. Mobil göz klinikasının bu aksiyası humanitar bir addımdır, Azərbaycan Silahlı Qüvvələrinə qardaş Türkiyənin xeyirxah dəstəyidir.

Bu klinika hərbi qulluqçuları, onların ailə üzvlərini, hətta hərbi hissələrdə çalışan mülki işçiləri, şəhid ailələrinin üzvlərini bizim mütəxəssislərlə birgə müayinə və imkan daxilində müalicə edəcəklər, ehtiyacı olanlara optik eynəklər bağışlayacaqlar.

Hesab edirəm ki, bu qürurverici bir hadisədir. İki qardaş ölkənin bir-birinə doğma münasibətinin parlaq təzahürüdür", deyə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev bildirib.

Dünyagöz Xəstəxanalar Qrupu yönətim kurulunun nümayəndəsi, ehtiyatda olan general Zəkəriyyə Öztürk də ürək sözlərini bildirib:
"Azərbaycanlılar bizim can qardaşlarımızdır. Cəbhə bölgəsində və digər ərazilərdə xidmət aparan hərbi qulluqçular mobil göz klinikasının xidmətindən yararlanacaqlar.

Eyni zamanda ehtiyacı olan digər mülki vətəndaşlar da göz müayinəsindən keçiriləcəklər. Bizim üçün Azərbaycanda bu xidməti gerçəkləşdirmək şərəfdir, bu fürsəti bizə üçün yaratdığı üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımızı bildiririk".

Açılış mərasimi başa çatdıqda ilk müayinələr aparıldı. Öncə klinikanın həkimləri Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyevin gözlərini müayinə ediblər. İdarə rəisi müayinədən razılığını ifadə edib.

Bundan sonra mobil göz klinikası birbaşa hərbi hissələrə yola düşüb və bu gündən öz xeyirxah missiyasını yerinə yetirəcək. Təxminən bir ay müddətində Silahlı Qüvvələrimizin hərbi hissələrində zabit, gizir və əsgərlərin gözlərinin müayinə və müalicəsi aparılacaq.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı

İcbari tibbi sığorta bütün ölkə üzrə nə vaxt tətbiq ediləcək?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu Azərbaycana qayıdıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Maraqlı / #Siyasət

Nazirin sinif yoldaşı,stomotoloq və general-mayor

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının