Bizi izləməyi unutmayın

#İqtisadiyyat

Ekstrasens ona uşağının olacağını vəd etdi.Amma külli miqdarda pulunu mənimsədi

19-06-2017, 22:00 | 6502 dəfə baxılıb.

Ekstrasens Tamilla Salamovanın dələduzluğundan zərərçəkmiş bir xanımın, öz dilindən redaksiyamıza yazdığı şikayət ərizəsini sizə təqdim edirik:

Mən uzun illərdir ki, özünü falçı, ekstrasens, həkim kimi qələmə verərək, yüksək vəzifəli məmurların vasitəçiliyi və köməkliyi ilə müxtəlif televiziya kanallarında özünü reklam etdirməklə mənim kimi sadəlövh şəxsləri dələduzluq yolu ilə aldadaraq, əmlaklarını son qəpiyinə kimi əllərindən alan Salamova Tamilla Ənvər qızının növbəti qurbanlarından biriyəm.

Eşitdiyimə görə, mənə qədər və məndən sonra çoxlu adamları aldadaraq, əmlaklarını dələduzluq yolu ilə mənimsəsə də, Tamilla Salamovanın nə polisdə nə də Prokurorluq orqanlarında xatirinə dəyən yoxdur.

Təxminən üç il mən Respublikada olan bütün güc strukturlarına, prokurorluq orqanlarına, Ədliyyə nazirliyinə, Prezident aparatına və sairə strukturlara onun dələduzluq əməllərindən yazaraq ölçü götürülməsini xahiş etsəm də, heç bir ölçü götürülməmiş, əksinə mənə qarşı kompaniya başlamışdır.

Mən əlacsız qalaraq, artıq hüquqlarımı müdafiə edə bilmədiyimi görüb intihar etmək qərarına gəldim. 11 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-ə, Respublika Baş Prokuroruna, Ədliyyə nazirliyinə artıq qüvvənin tükəndiyini yazaraq, 13 iyun 2017-ci il tarixində intihar etdim.

Ancaq valideynlərimin sayıqlığı nəticəsində birtəhər ölümdən qurtuldum. Hal-hazırda Musa Nağıyev adına Tәcili Tibbi Yardım Xәstәxanası Toksikologiya şöbəsində müalicə olunuram.

Mən artıq hər şeyimi Tamilla Salamovaya görə itirmişəm və mənim bundan sonra yaşamağa haqqım yoxdur.

Ona görə sizə müraciət edərək insanların əmlakına qənim kəsilmiş, dələduzluq yolu ilə onları aldadaraq son qəpiyinə kimi pullarını əllərindən alan Tamilla Salamova və onun rəhbərlik etdiyi cinayətkar dəstənin ifşa olunmasına köməklik göstərməyinizi xahiş edirəm.

Mən, 2013- cü ilin mart ayından Salamova Tamilla Ənvər qızını tanımışam. Belə ki, mən uzun müddət ailəli olaraq övladım olmadığımndan müxtəlif həkimlərə müraciət edirdim.

Təsadüfən Lider televiziyasında Zabir Əliyevin təqdimatında “ Elektro hiss” verlişinə baxırdım. Həmin verlişdə Tamilla Salamova özünü reklam edərək bir çox dərdlərə əlac etdiyini hətta ailələrə övlad bəxş etdiyini söylədiyini eşitdim.

Mən övlad xatirinə ona müraciət etmək qərarına gəldim və elan etdiyi mobil telefon nömrəsinə zəng edərək onun Zığ yolunda yerləçşən ofisinə getdim.

Özünü Tamilla Salamovanın köməkçisi kimi qələmə verən Leyla adlı şəxs məni qarşıladı və onun haqqında hədsiz tərifə layiq cümlələr işlədərək, onun qəbuluna düşməyim üçün şərait yaratdı.

Çox sonralar mənə məlum oldu ki, həmin qız Tamilla Salamovanın öz qızıdır və adı Sima Xasayevadır.

Mən ilk dəfə Tamillanın qəbuluna girdim və o, mənimlə təxminən 1 saat söhbət etdi və mənə çoxlu ümidlər verərək, yola saldı.

Söhbət əsnasında Tamilla mənə yaxşı vəzifəli şəxslərdən tanışlarının olduğunu, nə iş olursa olsun düzəldə biləcəyini, yuxarıda oturan məmur tanışlarının onu yaxşı qəbul edərək bütün işlərdə köməklik göstərdiklərini vurğuladı.

Həmçinin guya mənim bir neçə aya uşağa hamilə qalacağımı bildirərək, tez-tez onun yanına gəlməyimi xahiş etdi. Həmin vaxtlar mən internetdə sayt yaradaraq müxtəlif reklamlar yerləşdirmək istəyirdim və bu barədə söhbət əsnasında ona bildirmişdim.

Təxminən 2-3 gün sonra Tamillanın qızı məni anasının yanına gəlməyimi telefonla xahiş etdi. Mən onun yanına gəldim. Tamilla mənim bir daha yenidən nə iş görmək istədiyimi soruşdu.

Mən ona niyyətimi bildirərək evimizdə təxminən 80.000 manat pulumuzun olduğunu, lazım gələrsə iş görən adama hörmət edə biləcəyimi də bildirdim.

Tamilla öz növbəsində yuxarı səviyyəli məmurla mənim işimi danışdığını və tezliklə işlərimin qaydaya düşəcəyini bildirdi.

Təxminən mart 2013-cü ilin ortalarında Tamillanın qızı mənə zəng edərək anasının polisə aparıldığını, guya problemi olduğu üçün 10.000 manat təcili pul lazım olduğunu bildirdi. Mən onlara inanaraq aparıb onların ofisində qızına verdim.

Təxminən 2-3 gün sonra qızı mənə zəng edib pulumu qaytarmaq istədiyini bildirdi. Mən yenə ofisə getdim.

Tamilla mənim 10.000 manatımı qaytardı. Mən evə gəlib pullara baxanda təəccüb etdim. Mənim onlara verdiyim pulun özünü mənə qaytarmışdılar.

Bu barədə mən onlara heç nə demədim. Təxminən bir həftə sonra yenə məndən 10.000 manat istədi və bir neçə gün sonra yenə də vermiş olduğum pulları eyni ilə mənə qaytardı.

Sonradan mənə məlum oldu ki, bu yolla mənim etibarımı qazanırmış ki, sonradan məni böyük məbləğdə aldatsın.

Təxminən 2013-cü ilin aprel ayının ortalarında Tamilla mənə zəng edərək yenə ilişdiyini, təcili olaraq 80.000 manat pul lazım olduğunu bildirdi və yenədə çoxlu vədlər verməyə başladı. Mən ona inanıb evdə olan 80.000 manatı ona verdim.

Bir müddət keçəndən sonra mən pulumu geri tələb etməyə başlayanda Tamillanın qızı bildirdi ki, anası yuxarıda oturan məmurla danışıb, mənim işim tezliklə düzəlir, saytlarda çoxlu reklam yerləşdirib, külli miqdarda pul qazanacağam.

Tamilla mənə bildirdi ki, əlavə olaraq 120.000 manat gətir, sənin pulunun üstünə qoyaq, yuxarıdakı adama verək.

Həmin şəxs sənin məsələni tezliklə həll edəcək. Mən yenə ona inanıb bütün pullarımızı və qızıl-ziynət əşyalarımı da satıb, onun dediyi pulu düzəldib ona verdim.

Tamilla tezliklə internet saytımın açılacağını və işlərimin qaydaya düşəcəyini deyərək, məni inandırdı. Bir müddət keçdikdən sonra mən heç bir yenilik olmadığını görüb Tamillaya müraciət etdim.

O, bir az gözləməyimi və səbrli olmağımı tapşırdı. Mən tez-tez onların yanına gedib gəlməyə başladım.

Növbəti dəfə gedəndə onların ofisdən köçdüklərini və yerlərini dəyişdiklərini bildim. Onların mobil telefonları da cavab vermirdi.

Çətinliklə Tamillanın yerini öyrənib vermiş olduğum 200.000 manatı tələb etməyə başladım, əks halda polisə müraciət edəcəyimi dedim. Tamilla mənə bildirdi ki, o, pulu qaytara bilmir. Pul barədə söhbət ola bilməz.

O, mənə təklif etdi ki, onun 350.000 manat dəyərində ev ofisi var. Onu guya, mənə 260.000 manata verə bilər. O, mənə təklif etdi ki, əlavə 60.000 manat ver, həmin evi sənin adına rəsmiləşdirim.

Mən külli miqdarda pulumun itirildiyini görüb heç olmasa pulumun bu yolla qaytarılacağına ümid edib, özümün Moskva prospekti ev-75, mənzil-98 də yerləşən 2 otaqlı mənzilimi Tamillanın vasitəsi ilə onun dediyi şəxsə 60.000 manata satıb pulunu Tamillaya verdim.

Mən özüm də bilmədən onun növbəti hiyləsinin qurbanı oldum. Və yeganə ümidim olan mənzilimi də itirdim.

Təxminən 2-3 ay mən Tamillanın arxasınca sürünsəm də, o, müxtəlif bəhanələr gətirərək, məndən qaçmağa başladı. Sonradan, ümumiyyətlə telefon nömrələrini də dəyişdirdi. Mən yenə onu çətinliklə tapıb, pullarımı tələb etməyə başladım.

Tamilla mənə bildirdi ki, mən sənə heç 1 qəpik də pul verməyəcəyəm, pulum yoxdur. Ancaq, mən sənə bir yaxşılıq edə bilərəm ki, səninlə notariusda borc müqaviləsi bağlayaram. Və sənin pulunu hissə-hissə qaytarmağa çalışaram.

Mən əlacsız qalıb, onun sonradan mənim ona ümumiyyətlə pul verməyimdən imtina edəcəyini fikirləşib, 53 saylı notariusda borc müqaviləsi bağladım.

Biz notariusda olan zaman, o, notariusda 235.000 manata borc müqaviləsi bağladı. Mən borcun 260.000 manat olduğunu bildirdim.

Tamilla 25.000 manatın maşında olduğunu bildirib dedi ki, çölə çıxanda 25.000 manatı verəcəyəm. Müxtəlif xərclərini ödəyərsən.

Biz notariusdan çıxdıqdan sonra mən ondan 25.000 manatı tələb etdim.

Tamilla pulu yadından çıxarıb evdə qoyduğunu bildirərək, pulu verməkdən imtina etdi.
Mən sonradan məhkəmə instansiyalarına müraciət etsəm də, bugünə qədər pulumu ala bilməmişəm. Və həyat yoldaşımla birlikdə qohum-əqrəbaların evində gecələyirəm.

Yuxarıda qeyd etdiyim kimi, döymədiyim qapı qalmayıb. Ona görə də, yeganə çıxış yolunu intiharda gördüm və buna getdim.

Mənim intihar etməyimə səbəb Tamilla Salamova, oğlu Orxan Salamov, qızı Sima Xasıyeva, kürəkəni Azər Xasıyev və Suraxanı rayon icra məmuru İlqar Muxtarovdur. (millitv.az)

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #İdman

ŞOK!!! "Şapekoense"nin təyyarə qəzasında məhv olacağını deyən ekstrasens: "Ulduz futbolçu öləcək"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Hüquq

Dələduzluq və Onun Saf Qurbanları

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Kriminal

145 min manat pulunu və evini əlindən aldılar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının