Kapital çatışmazlığı olan bankların sayı 10-a çatır



Kapital çatışmazlığı ilə üzləşən bankların sayı 10-a yaxındır"."APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

"Kapitalı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş normalara cavab verməyən bankların sayı təxminən 10-a yaxındır. Bilirsiniz ki, bankların təxminən hamısı audit hesabatlarını açıqlayıb. Və buna əsasən deyə bilərik ki, kapital çatışmazlığı olan bankların sayı 10-a çatır.

Yerli standartlara əsasən, bankların çoxunda kapital yetərliliyi var, lakin beynəlxalq standartlara əsasən vəziyyət fərqlidir. Yerli maliyyə hesabatlılığına əsasən, bu cür bankların sayı azdır", - deyə Z.Nuriyev qeyd edib.

Bundan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, kapital çatışmazlığı ilə üzləşən dörd bank tənzimləyicinin nəzarətinə götürülüb.

Buna münasibət bildirən assosiasiya prezidenti deyib ki, Palatanın nəzarətində olan bankların sayında dəyişiklik yoxdur: "Palatadan verilən məlumata görə, hələlik bu cür bankların sayında dəyişiklik mövcud deyil".
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra Indian Pharmacy Prednislone Next Day Propecia Causas http://allngos.com Viagra 50 Mg Price Walmart Can Keflex Cure Syphyllis