İŞİD ilə müharibə qurtardıqdan sonra...



ABŞ müdafiə naziri Cim Mattis Türkiyə müdafiə naziri Fikri Işıka PKK-nın Suriya qolu YPG ilə bağlı məktub göndərib.

Avropa.info xəbər verir ki, məktubda ABŞ-ın YPG-ə verdiyi silah-sursatın siyahısının hər ay Türkiyə ilə paylaşılacağı, İŞİD ilə müharibə qurtardıqdan sonra silahların geri alınacağı bildirilib. Bundan əlavə silahların Suriya xaricinə çıxmaması üçün amerikalı mütəxəssislərin fəaliyyət göstərdiyi deyilir.

Şəffaflıq əsasında Türkiyə ilə hər cür informasiya mübadiləsi təminatı verən Mattis Rəqqanı ələ keçirəcək silahlı qüvvələrin 80%-nin ərəblərdən təşkil olunacağı və şəhərə nəzarət edən qüvvələrin də onlardan ibarət olacağını qeyd edib.
Mattis İŞİD-i məğlub etmək üçün YPG ilə əməkdaşlıq etmək məcburiyyətində qaldıqlarını bildirib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi