İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib



Azərbaycanda rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, Moldova lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

İ. Dodon akademik Zərifə Əliyevanın da məzarı üstünə tər çiçəklər düzüb.

Moldova prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

İ. Dodon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtını seyr edən Moldova prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi