Andrey Novikov:"Onlardan 100-dən çoxu saxlanılıb”,



MDB ölkələrinin 7 mindən çox vətəndaşı terrorçuluq və ekstremizmlə bağlı cinayətlərə görə hazırda axtarışdadır. Onlardan iki mini terrorçu təşkilatların sıralarında vuruşur.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə MDB Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə müxtəlif qruplaşmaların tərkibində döyüş hazırlığı keçən MDB vətəndaşları vətənlərinə dönərək terrorçu özəklərin yaradılması və möhkəmləndirilməsi ilə məşğul olurlar.

“2010-cu ildən etibarən ümumilikdə 1000-dən çox nəfərin yerləşdiyi mümkün yerlər barədə məlumat toplanıb, onlardan 100-dən çoxu saxlanılıb”, deyə A.Novikov qeyd edib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi