Bizi izləməyi unutmayın

#İqtisadiyyat

ABB-nin Qazaxıstanın pensiya fonduna borcu 34,5 mln. manat dəyərsizləşib

29-06-2017, 16:30 | 2982 dəfə baxılıb.

2017-ci ilin iyun ayının 1-nə Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin investisiya gəliri -1,6% təşkil edib. "APA-Economics" Qazaxıstanın "Total" agentliyinə istinadən xəbər verir ki, Fondun menecmentinin sözlərinə görə, göstəricinin mənfi dinamika nümayiş etdirməsinə səbəb yatırımlar üzrə aşağı gəlirlilik deyil, pensiya aktivlərinin dəyərsizləşməsidir. Buna baxmayaraq, Qazaxıstan Milli Bankı öz proqnozunu dəyişməkdə maraqlı deyil - ilin sonuna investisiya gəliri -1% təşkil edəcək.

Fondun İdarə Heyəti sədrinin müavini Saule Yeqeubayeva bildirib ki, 2017-ci ilin iyunun 1-nə pensiya yığımlarının ümumi məbləği 6,99 trln. təngə (iyunun 2-nə artıq bu rəqəm 7 trln. təngə həddini aşıb) təşkil edir. İlin əvvəli ilə müqayisədə yığımlar 309,6 mlrd. təngə və ya 4,6% artıb.

İlin əvvəlindən əmanətçilərin hesablarına bölüşdürülən xalis investisiya gəliri 114,4 mlrd. təngə təşkil edib.

"Pensiya aktivlərinin gəlirliliyi bir sıra amillərdən, o cümlədən aktivlərin bir qədər artıq qiymətləndirilməsindən asılıdır. Belə ki, bu il yığılan xalis investisiya gəlirinə aktivlərin bir qədər artıq qiymətləndirilməsi təsir edib", - deyə S. Yeqeubayeva bildirib.

Onun sözlərinə görə, Fondun investisiya yatırdığı şirkətlərin 21-i problemlidir. İyunun 1-nə emitentlərin Fond qarşısında 45 təngə məbləğində problemli borcu var. Bu məbləğə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) yatırılan 71,3 mlrd. təngə daxil deyil. ABB-yə yatırılan məbləğ dövlət bankının xarici öhdəliklərinin restrukturizasiyası başa çatdıqdan sonra nəzərə alınacaq.

"Bu emitentlərin mütləq əksəriyyəti 2006-2010-cu illərdə defolt olub və Fond onlarla təmasdadır. Fondun konsolidasiyası zamanı problemli aktivlərin ümumi məbləği 161 mlrd. təngə idisə, hazırda bu rəqəm 45 mlrd. təngəyədək azalıb. Bir şeyi də qeyd edim ki, ilin əvvəlindən bu rəqəm artmayıb", - deyə o bildirib.

S. Yeqeubayeva əlavə edib ki, ABB-nin Fond qarşısındakı öhdəliyi 2017-ci ilin mayın 1-nə 71,3 mlrd. təngə təşkil edirdisə, hazırda dövlət bankının qiymətli kağızlarına yatırılan investisiyanın məbləği 64,8 mlrd. təşkil edir. Onun sözlərinə görə, buna səbəb maliyyə alətinin dəyərdən düşməsidir. Fond rəsmisinin sözlərinə inansaq, ABB-yə yatırılan investisiya 6,5 mlrd. təngə və ya 34,450 mln. manat dəyərsizləşib.

Bundan öncə "Vahid Pensiya Yığımı Fondu" SC-nin Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib ki, Fond ABB-nin qiymətli kağızlarına yatırdığı investisiyanın bir qismini - 50 mln. dollar qaytarmağı bacarıb.

Direktorlar Şurasının üzvü əlavə edib ki, Fondun ABB-yə yatırdığı investisiya xüsusi sxem üzrə qaytarılacaq.

Xatırladaq ki, ABB xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin iyunun 19-dan başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.

Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:

• Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.

• Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.

• “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.

• Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.

- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.

- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.


* 1 Qazaxıstan təngəsi = 0,0053 manatскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

ARDNF ötən il banklara 2 mlrd. manatlıq əlavə depozit yatırıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Samir Şərifov ABB-nin borcunun restrukturizasiyasının səbəbini açıqlayıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Bu il pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824 mln. manat yönəldilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının