ABŞ məhkəməsi ABB-nin kreditorlarının iddiasını rədd edib



Nyu-Yorkda yerləşən ABŞ-ın Müflisləşmə Məhkəməsi bu gün keçirilən iclasda Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası planından narazı olan kreditorların irəli sürdüyü iddianı rədd edib.

“APA-Economics”in “Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, məhkəməyə sədrlik edən hakim Ceyms Harriti bəyan edib ki, kreditorlar tərəfindən qaldırılan məsələlər ABŞ-ın fundamental prinsiplərin pozulması kimi dəyərləndirilə bilməz.

ABB-nin vəkili Tomas Makrayt məhkəmədə çıxışı zamanı bildirib ki, məhkəməyə ABŞ və Avropa kreditorları müraciət edib: ”Bankın onlara ümumilikdə 220 mln. dollar borcu var. Bu isə ümumi restrukturizasiya olunan öhdəliyin 10%-nə bərabərdir. Həmin vəsait “Fidelity Management & Research Co.”, “Franklin Templeton Investment Management Ltd.”, “Promeritum Investment Management LLP” və “VR Global Partners LP” şirkətləri tərəfindən idarə olunur. Bankın ən iri kreditoru “Cargill Financial Services International Inc.” şirkətidir. ABB-nin həmin şirkət qarşısında 715 mln. dollar məbləğində öhdəliyi var. Şirkət restrukturizasiya planını dəstəkləyir”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi