Bizi izləməyi unutmayın

#İqtisadiyyat / #Araşdırma

Neft ucuzlaşacaqmı?-Araşdırma

19-07-2017, 15:00 | 4002 dəfə baxılıb.

Strateji neft ehtiyatlarının satışa çıxarılması planı OPEk razılaşmasının əhəmiyyətini heçə endirə bilərMayın 25-də Vyanada Neft İxracatçı Ölkələri Təşkilatının (OPEC) yüksək səviyyəli iclası keçiriləcək. Əsas məsələ ötən ilin dekabrında əldə edilmiş neft hasilatının dondurulması barədə razılaşmanın müddətinin uzadılmasıdır.

O zaman razılaşmaya OPEC üzvlərindən başqa daha 11 neft ixrac edən ölkə də qoşulub. Nəticədə neft bazarında sabitləşməyə nail olunub. Söhbət birincisi, təkliflə tələbatın tarazlaşdırılmasından, ikincisi isə qiymətlərin sabitləşməsindən gedir. Beynəlxalq Enerji Agentliyinin icmalından görünür ki, bu ilin əvvəlindən, hətta ötən ilin dekabrından təklif (göy xətt) sabit olub, tələbat isə (qırmızı xətt) artıb:

Nəticədə, neftin qiymətində də müsbət dinamika müşahidə olunub: dekabr ayında qeydə alınan 53-54 dollarlıq orta qiymət indi də qalmaqdadır. Bu zaman, əlbəttə ki, müxtəlif amillərin təsiri altında qiymətlərin dəyişkənliyi baş verib, lakin ümumi dinamika göstərir ki, OPEC-in hasilatın dondurulması barədə razılaşması yalnız müsbət nəticə verib.

Ötən müddət ərzində həm OPEC üzvləri, həm də razılaşmaya qoşulan digər ölkələr hasilat barədə mütəmadi hesabatları təqdim ediblər. Bu hesabatlara əsasən, bütün ölkələr razılaşmaya sadiq qalıb və bu da öz müsbət nəticələrini verib. İndi söhbət razılaşmanın müddətinin artırılmasından gedir.

Müxtəlif proqnozlar səslənir - razılaşmanın müddəti uzadıla bilər, yaxud uzadılmayacaq, və yaxud da uzadılsa belə, icra edilməyəcək. Lakin OPEC-in, onun əsas üzvlərinin bəyanatlarına, Rusiyanın mövqeyinə, digər amillərə əsaslansaq, fikrimizcə razılaşmanın uzadılacaq. Amma yeni sövdələşmənin bazara təsiri yenə də şübhə doğurur. Səbəb birdir: ABŞ-ın planları.

Əgər əvvəllər bu planlar barədə müəyyən dərəcədə nəzəri baxımından danışılırdısa, indi planlar real olaraq ortadadır. ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən təqdim edilmiş 2018-ci il üçün federal büdcəsində neftə aid iki əsas təklif yer alıb.

Birincisi, təklif olunur ki, ABŞ strateji neft ehtiyatlarının yarısı satılsın. Hazırda bu ehtiyat fondunun həcmi 700 mln. barelə yaxındır, satış üzrə təklif isə o deməkdir ki, gündə təxminən əlavə 100 min barel neft bazara buraxılacaq. Müqayisə üçün qeyd edək ki, böyük çətinliklərlə, aylara davam edən müzakirələr, bütün siyasi, geosiyasi, iqtisadi amillər, nəhayət dövlət başçılarının şəxsi arqumentləri hesabına nail olunmuş OPEC razılaşması nəticəsində təklif gündəlik 200-250 min barel həcmində azalıb.

Qeyd edək ki, təklifin 2018-ci ilin büdcəsinə daxil edilməsi heç kimi aldatmasın – ABŞ-ın neft ehtiyatlarının satılması prosesi artıq başlayıb. Belə ki, strateji ehtiyatlar bu ilin yanvarında 6,4 mln. barel, fevralda 10 mln. barel satılıb.

İkincisi, Tramp administrasiyası Alyaskanın Arktika regionunda olan yataqların “açılmasını” təklif edir. Burada hasilat başlasa, bu o deməkdir ki, ABŞ-ın hasilatı gündə 10 mln. barel təşkil edəcək və ya indiki səviyyədən (9,3 mln. barel – “Reuters”) təxminən 700 min barel artıq olacaq. Yəni dünya neft bazarı neft içərisində üzəcək, OPEC-in səyləri nəticəsində bazarda azaldılmış həcm ABŞ-da hasilatın artması hesabına balanslaşdırılacaq.

Yuxarıda göstərilən cədvəldən aydındır ki, indi təklif və tələbat tarazlığı son dərəcədə kövrəkdir – demək olar ki, yalnız OPEC-in razılaşması nəticəsində əldə olunmuş azalma hesabına tələbatın təklifin üstələnməsi baş verir. Təklifə gündə daha 1 milyon barelə yaxın neftin əlavə edilməsi neft bazarında təsəvvür edilməz nəticələrə gətirib çıxara bilər.

Tam olaraq aydındır ki, hazırda neft bazarında sabitləşmə bilavasitə təkliflə tələbatın tarazlığından asılıdır. ABŞ-ın planları reallaşsa, təklif tələbatı nəzərə çarpan dərəcədə üstələyəcək. Neftin ucuzlaşması baş verəcək və bu proses, ola bilər, çox sürətli keçəcək. Nəticədə, OPEC razılaşmasına qoşulmuş ölkələr bu razılaşmanın faydası olmadığını görüb yenidən hasilatı artırmağa başlayacaqlar. Bəziləri gəlirləri bərpa etmək üçün hasilatı artıracaq, bəziləri dempinq siyasətinə keçəcək – nəticədə isə həm təklif artacaq, həm də qiymətlər daha da sürətlə aşağı düşəcək. Məhz bu səbəbdən deyirik ki, proseslər təsəvvür edilməz nəticələrə gətirib çıxara bilər.

Burada bir məqama da toxunmaq lazımdır: Alyaskada neft hasilatı bu gün-sabah baş verməyəcək, lakin bu amil heç kimi sakitləşdirilməməlidir. Çünki neft bazarı çox və çox həssasdır – sadəcə xəbərin özü belə qiymətləri endirə bilər, sadəcə planlar çaxnaşma yarada bilər. İkincisi isə unutmaq lazım deyil ki, neft bazarında qiymətlərə tək fiziki tədarük üzrə qiymətlər deyil, neft üzrə fyuçerslər, “kağız neft” adlanan əqdlər təsir edir. Bu əqdlər bir neçə ay qabaqdan və daha çox ortamüddətli proqnozlara əsaslandırılan qiymətlər üzrə bağlanılır. Ortamüddətli proqnozlar isə, yumşaq desək, ümidverici olmayacaq. Bütün bunu nəzərə alaraq, bu fonda OPEC-in iclası müəyyən mənada lap vaxtına düşür – bəlkə müzakirələrdə hansısa çıxış yolu tapılacaq, amma vəziyyət cavabdan çox suallar yaradır.

Məsələn, niyə büdcə paketi və bununla birlikdə neft üzrə planlar Trampın Səudiyyə Ərəbistana səfərdən dərhal sonra elan edilib? Neft bazarını çaxnaşma vəziyyətinə sala biləcək ABŞ-ın planları neftin məqsədli ucuzlaşdırılmasına hesablanmayıbmı? ABŞ-a ucuz neft niyə bu dərəcədə lazımdır? ABŞ-ın iqtisadiyyatı və xüsusən istehsal sahəsinə ucuz neft ciddi fayda verəcəkmi? İstehsalın maya dəyərində neftin payı o dərəcədə yüksəkdir ki, dünya miqyasında neft müharibəsi aparılması buna dəyər? Bunlar cavabsız suallardır? Təəssüf ki, bu suallar da cavabsız da qalacaq, OPEC-in iclasında isə ən yaxşı halda problemlər yalnız konstatasiya ediləcək. Çünki ABŞ-ın mövqeyini nəzərə alsaq, neft bazarında ortamüddətli vəziyyət çıxışmaz görünür.apa.az

Analoq.az



скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Natiq Əliyev:"Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Neftin ucuzlaşması OPEK-i aktivləşdirəcək - TƏHLİL

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının