Elçin Bayramlı: “Doing Business”da yüksək mövqeyimiz Prezidentin apardığı islahatların məntiqi nəticəsidir”



“Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2018-ci ilin hesabatında Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib.

Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk 10-luğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq 8 sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkə elan olunması cari ildə həyata keçirilmiş iqtisadi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və azad biznesə dövlət dəstəyinin nəticəsidir. Bunu Analoq.az-a “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

Ekspert bildirib ki, sonuncu dünya iqtisadi böhranından sonra Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib: “Sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Xüsusi ilə bu ilin başlanğıcından etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər və tətbiq olunan yeni vergi sistemi sahibkarlığın inkişafını təmin etmək üçün ən təqdirəlayiq addımlardandır.

Belə ki, sadələşdirilmiş vergi üzrə Bakı zonasında vergi öhdəliyinin 4 faizdən 2 faziə endirilməsi, gəlir vergisi üzrə 75 faiz güzəştin tətbiqi və sair çoxsaylı müsbət dəyişikliklər kiçik vəorta sahibkarlığın inkişafına dövlətin göstərdiyi ən böyük dəstəkdir”.

ASAM rəhbəri əlavə edib ki, elektron hökumətə keçid, xidmət və müraciətlərin elektronlaşdırılması və asanlaşdırılması da prosesə böyük təkan verib: “Həm vaxt itkisinin qarşısı alınıb, həm xərclər azalıb,həm də bürokratik maneələr aradan qalxıb. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin və aparılan islahatların ölkəmizin sosial-iqtisadi inkişafının artmasına səbəb olub. Dövlət başçısı islahatların davam edəcəyini bildirib”.

Elçin Bayramlının fikrincə, islahatların bu templə davam edəcəyi təqdirdə ölkəmizdə kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf edəcək, bunun nəticəsi olaraq ümumi daxili məhsul artacaq, işsizlik səviyyəsi azalacaq, idxaldan asılılıq aşağı düşəcək, ixrac imkanlarımız xeyli artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq: “Son nəticədə əhalinin rifah səviyyəsi xeyli yaxşılaşacaq, sosial müdafiənin daha da yüksəldilməsi üçün dövlətin imkanları xeyli artacaq.

Bu islahatların nəticəsi özünü təkcə sosial, iqtisadi sahələrdə yox, həm də elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində də göstərəcək. Tezliklə ölkəmizin sosial, iqtisadi, mədəni mənzərəsi tamamdəyişəcək”.

Analoq.az

Elçin Bayramlı: “Doing Business”da yüksək mövqeyimiz Prezidentin apardığı islahatların məntiqi nəticəsidir”
Elçin Bayramlı
"Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəriскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi