Tanınmış iqtisadçı alimin yeni kitabı işıq üzü gördü



Tanınmış iqtisadçi alim, AMEA-nın İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, Təbriz Yadigarovun 352 səhifədən ibarət "ƏMƏLİYYATLAR TƏDQİQİ VƏ EKONOMETRİK MƏSƏLƏLƏRİN MS EXCEL VƏ EVİEWS PROQRAM PAKETLƏRİNDƏ HƏLLİ: NƏZƏRİYYƏ VƏ PRAKTİKA" adlı ikinci monoqrafiyası «Avropa» nəşriyyatında çapdan çıxmışdır.

Kitab AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayevin elmi redaktorluğu, iqtisad elmləri doktoru, professor Yadulla Həmdulla oğlu Həsənlinin və iqtisad elmləri doktoru, professor Yaşar Atakişi oğlu Kəlbiyevin müsbət rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasının 25 sentyabr 2019-ci il tarixli (07 saylı protokol) qərarı ilə çap edilmişdir.

Kitabda iqtisadi-riyazi modellərin müxtəlif üsulların köməyi ilə qurulması, onların MS Excel və EViews proqram paketlərində həll texnologiyaları verilmişdir. 22 paraqrafdan ibarət olan bu kitabda əməliyyatlar tədqiqi, o cümlədən xətti proqramlaşdırma məsələsi, xətti proqramlaşdırmada qoşmalıq, onların Simpleks metodla həlli, nəqliyyat və sahələrarası balans məsələləri və onların həlli, iqtisadi sistemin göstəriciləri arasındakı əlaqə tənliyinin qurulması və qiymətləndirilməsi məsələləri nəzəri baxımdan yığcam şəkildə izah edilərək, MS Exceldə həlli texnologiyları göstərilmişdir.

Kitabda Dəniz Nəqliyyat Donanması gəmilərindən təyinat məntəqələrinə daşınan yüklərin optimallaşdırılması üzrə səmərəli yükaşırma planının tərtib edilməsinin, həmçinin müxtəlif yüklərin emalında liman yanalma körpülərinin, investisiya qoyuluşlarının səmərəliliyinin artırılması məsələlərinin iqtisadi–riyazi modelləri qurulmuş və modelə daxil olan dəyişənlər (səbəb amilləri) MS Exceldə Solverin və Simplexvin 3.1 proqram paketinin tətbiqi ilə təyin edilərək müvafiq qiymətləndirmələr aparılmışdır. Sahələrarsı balansın xətti iqtisadi-riyazi modelinin Exceldə həlli zamanı istehsal sahələrində istehsal edilmiş məhsulların istehlak sahələrində istehlakının xərc matrisi üzrə tərs matrisin MS Exceldə hesablanması texnologiyası praktiki məsələ üzərində izah edilməklə onun elementləri hesablanmış və bütövlükdə matrislər üzərində əməliyyatların texnologiyası MS Exceldə tam izah edilmişdir.

Həmçinin, MS Excel və EViews tətbiqi proqram paketlərindən istifadə edərək iqtisadi göstəricilər arasındakı əlaqə tənliyinin qurulması, modelin adekvatlığının yoxlanılması və alınmış nəticələrin təhlili texnologiyası izah edilməklə bərabər, ARDSK və ARDGK-nin məlumatları əsasında bəzi praktiki məsələlərin həlli yolları göstərilmişdir.

Həmçinin Styudentin paylanması, Fişer paylanması, Kolmoqorov paylanmasının böhran nöqtələri, Darbin-Uotson paylanması üzrə əlavədə müvaviq cədvəllər verilmişdir.

Kitabın materialları Ali məktəblərdə “Ekonometrika”, “İqtisadi informatika”, “Statistika”,“Gömrük ststistikası və informasiya texnologiyaları”, “Əməliyyatlar tədqiqi” fənlərinin tədrisində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-i, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanını” QSC-i, iqtisadi araşdırmaların aparılması, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Hal-hazırda Ekonometrika fənni üzrə müvafiq dərslik və dərs vəsaitlərinin olmasına baxmayaraq, T.A.Yadigarovun “ƏMƏLİYYATLAR TƏDQİQİ VƏ EKONOMETRİK MƏSƏLƏLƏRİN MS EXCEL VƏ EVİEWS PROQRAM PAKETLƏRİNDƏ HƏLLİ: NƏZƏRİYYƏ VƏ PRAKTİKA” kitabı əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və EViews tətbiqi proqram paketlərində həll texnologiyasına aid azərbaycan dilində ilk kitabdır.

Qeyd edək ki. müəllif kitabı təhsil aldığı Ali məktəbdə müəllimi olmuş görkəmli iqtisadçı alim, gözəl ziyalı, Azərbaycan Dövlət Neft və sənaye Universitetinin "İqtisadiyyat və Menecment" fakültəsinin fəxri professoru, "Əməkdar müəllim" Abbasov Həmid Murtuzəli oğlunun 80 illik yubileyinə həsr etmişdir.

Kitabı Nigar rəfibəyli-41 ünvanda yerləşən “KITAB EVI” mağazasından əldə etmək olar.

Analoq.az

Tanınmış iqtisadçı alimin yeni kitabı işıq üzü gördüскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi