• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olundu

Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olundu Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olundu İyunun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında tanınmış şair-tərcüməçi Qismət Rüstəmovun Azərbaycan dilinə çevirdiyi məşhur rus yazıçısı Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr" kitabı təqdim olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu açaraq Nabokovun yaradıcılığı, roman janrına gətirdiyi yeniliklərdən danışıb, sözügedən kitabın tərcüməsinin Azərbaycan ədəbiyyatına verdiyi töhfədən söz açıb.

Ardınca söz alan tənqidçi Cavanşir Yusifli, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli tanınmış yazıçının ədəbi yanaşmalarına münasibət bildirib, əlavə ediblər ki, Nabokovun qələmində oxucular, eləcə də ədiblər bir çox dünya ədəbiyyatı nəhənglərinin yaradıcılıqlarına fərqli yöndən baxa bilirlər. Çıxışçılar kitabın önəmini qeyd edib, ədəbi mühitə dəyərli töhfə adlandırıblar. Vurğulanıb ki, Qismət Rüstəmov bu kimi akademik mətnlərin tərcüməsində artıq kifayət qədər püxtələşib.

Kitabın redaktoru Tahir Kazımlı da fikirlərini qısaca olaraq tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra İmza mərasimi keçirilib.

Təqdimata ədəbiyyat cameəsindən Qan Turalı, Fərid Hüseyn, Sərraf Balaxan, Aydın Talıbzadə, Fəxri Uğurlu və başqaları qatılıblar.

Qeyd edək ki, Azərbaycan Yaradıcılıq Fondunun layihəsi əsasında nəşr olunan mühazirələr toplusu biblioqraf Fredson Bouersin önsözü ilə başlayır. "Elm və təhsil" Nəşriyyatında çap olunan kitabın qiyməti 10 manatdır.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV