• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

HƏYATDA QALAN İZLƏR..

HƏYATDA QALAN İZLƏR.. HƏYATDA QALAN İZLƏR.. HƏYATDA QALAN İZLƏR..
"Övladlarımı, nəvələrimi və nəticələrimin hamısına təhsil verib oxutmaq istəyirəm ki, sabah xalqımın yararlı bir nümayəndəsi kimi vətənimiz Azərbaycana layiqli vətəndaş olaraq xidmət etməyi bacarsınlar, ancaq belə olan halda mən özümü xoşbəxt hesab edib arzumun çin olmasının şahidi olaram".

Əmək veteranı, şair və alim kimi səmərəli fəaliyyət göstərərək sadəlik, təvazökarlıq, həssaslıq, xeyirxahlıq və qayğıkeşlik kimi nəcib əxlaqi-mənəvi keyfiyyətləri olan Adil Mirzə oğlu Ramazanov ömrünün nə az nə çox düz 50 ildən artıq bir dövrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, müqəddəs müəllim peşəsinə fədakarlıqla yanaşmış, tələbələrinin, çiyin-çiyinə çalışdığı professor-müəllim kollektivinin və ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmışdır. Bu səriştəli müəllim şəhərdə və onun hüdudlarından kənarda əsl ziyalı, alim, şair və veteran idmançı kimi tanınmışdır.
Görünən dağlara bələdçi nə lazım. Doğrudan da Adil müəllim kimi öz sözünü demiş bir samballı ziyalı, alim, şair üçün 80 yaş nədir ki… Hələ yaşamağa-yaratmağa dəyər!!! Xoşbəxt o kəsdir ki, yaşından, vəzifəsindən asılı olmayaraq həmişə ürəyində arzuları var və o, arzularının yerinə yetməsi üçün həmişə inadkarcasına dik dayanıb irəliyə – həyatın gözəlliyinə tamaşa edərək ümid dolu nəzərlərlə doyunca hey baxır, baxır… yaşamağa dəyər deyir.
Həmişə özünəməxsus yerişi və ötkəm söhbətlərilə xüsusilə seçilən Adil müəllim bu gün də şükürlər olsun ki, nə yaxşı ki, aramızda var və həmişə yaddaqalan xatirələr yaşadır hər birimizə…
Yer üzünün əşrəfi sayılan insanı şərəfləndirən ən mühüm cəhət onun əsl vətəndaş kimi formalaşmasıdır. Vətəndaş sayılan hər bir vətən övladı elinin, doğma yurdunun, xalqının dərdi-sərinə, sevincinə şərik olur. Vətən qarşısında bir vətəndaşlıq məsuliyyətini özü ilə yaşadır və bu məsuliyyətlə işinin və əməlinin nəticəsinə uyğun olaraq, hamının gözündə ucalır, ictimaiyyət arasında dərin hörmət qazanır.
Adil Mirzə oğlu Ramazanov 1936-cı ildə Göyçay rayonunun Potu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Onun uşaqlıq və gənclik illəri Göyçay mahalının romantik qoynunda keçmiş, sağlam ruhlu bir gənc kimi böyümüşdür. Orta məktəbi 1955-ci ildə əla qiymətlərlə bitirib Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Ali Zabitlər məktəbində kursant olmuşdur. Vətənə qayıtdıqdan sonra AKTİ-nin baytarlıq fakültəsinə qəbul olur. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib ilk əmək fəaliyyətinə Göyçay rayon İstehsalat idarəsində baş epizootik həkim vəzifəsi ilə başlayır. Orada çalışdığı müddətdə rəhbərlik tərəfindən bir neçə təltiflərlə mükafatlandırılır.
Adil müəllim vaxtını boş keçirməyib təhsilini davam etdirə, 1970-ci ildə AKTİ-nin əyani aspiranturasını bitirib. 1972-ci ildə "Camış və qaramalda çanaq-bud arteriyalarının yaş xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini alıb. Morfologiya elmləri üzrə yeganə mütəxəssisdir. O, çalışdığı kollektivdə ordinator kimi fəaliyyətə başlayıb, klinika müdiri, fakültə dekanının müavini, Biotexnologiya və Ekologiya İnstitutunda I prorektor və bir çox məsul vəzifələrdə çalışıb, həmişə də kollektivin rəğbətini qazanıb. Hərtərəfli bilik səviyyəsinə, bacarıq və yüksək təşkilatçılıq qabiliyyətinə malik olan A.Ramazanov 14-ə qədər xarici dövlətlərdə konfrans, simpozium və dünya konqreslərində elmi məqalələrlə çıxış edib, bir çox xarici dövlətlərdə elmi işlər aparıb, 500 alimlə birgə Yaponiyada olub, SSRİ dövlətində tələbə elmi cəmiyyətlərində tələbələrinin çıxışları həmişə I yerə layiq görülüb, Avropa media evinin mükafatına, “Qızıl qələm”, “D.Qorqud” mükafatlarına layiq görülüb.
200-dən artıq elmi məqalələrin müəllifi, magistr və doktorantların rəhbəri olub. Respublikanın fəxri ziyalısıdır. 25 şeir kitabının, 20–ə qədər dərslik və dərs vəsaitinin, proqram və tövsiyələrin müəllifidir.
O, həm də idman veteranıdır. SSRİ idman ustası, sərbəst güləş üzrə birinci dərəcəli hakimdir.
Kollektivdə heç zaman nüfuzunu kollektivdə itirməyib. Hazırda ADAU-nun professoru kimi əmək fəaliyyətini davam etdirir.
Hər bir insanın əməli, gördüyü işlərin dəyəri onun həyat yolunda ardıcıl izlər qoyur. Bu da tarixləşir, xatirələrə çevrilir. Həyatda qalan izlər isə insanın nələrə qadir olduğunu, gördüyü işlərin qiyməti, xeyirxah əməlləri ilə onu əhatə edən şəxslərə və sonrakı nəsillərə nümunə olaraq, onların mənəvi cəhətdən zənginləşməsinə kömək edir. Adil müəllim öz fəaliyyəti ilə, ömür yolunda saldığı izlərlə müəllimlik peşəsinə maraq və meyl göstərənlər üçün əsl örnəkdir.
Çox hörmətli Adil müəllim! Sizi 80 yaşınızın tamam olması münasibətilə ADAU-nun çoxsaylı müəllim-tələbə kollektivi adından ürəkdən təbrik edir, sağlamlıq və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Məmməd İMRANOĞLU,
ADAU–da çıxan “Aqrar mütəxəssis”
Qəzetinin əməkdaşı, AJB üzvüскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV