Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə məktub göndərən vətandaş bu dəfə mətbuat vasitəsiylə Səlim Müslümovdan kömək istəyir » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə məktub göndərən vətandaş bu dəfə mətbuat vasitəsiylə Səlim Müslümovdan kömək istəyir

  • Tarix: 20.06.2017, 14:00,
  • Bölmə: Ölkə 2 / Maraq
  • Baxılıb: 5568
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə məktub göndərən vətandaş bu dəfə mətbuat vasitəsiylə Səlim Müslümovdan kömək istəyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə məktub göndərən vətandaş bu dəfə mətbuat vasitəsiylə Səlim Müslümovdan kömək istəyir
Analoq.az saytının elektron adresinə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova Qarayev Aydın Mahmud oğlu tərəfindən ünvanlanan məktub daxil olub.Həmin məktubu olduğu kimi təqdim edirik:


Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova.

Bakı şəhər Binəqədi rayon DYP-nin alt hissəsi 2-ci məhəllədə yaşayan Qarayev Aydın Mahmud oğlu tərəfindən

Ə R İ Z Ə


Cənab Nazir!

Beş nəfərdən ibarət ailə üzvüm var. Ailəmin adam başına düşən gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün aztəminatlı ailə kimi dördü aprel 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2016-cı il 37 nömrəli qərarına əsasən müraciətim Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən 177567700004303 nömrə ilə baxılması üçün qəbul edildi.Qəbul edilən kimi bildiriş gəldi ki onbeş iş günündə cavab veriləcək

Baxmayaraq ki,onbeş iş günündə mənim müraciətim cavablandırılmalıdır əllidən çox iş günü keçib bu günə kimi mənə cavab verilməyib.

Dəfələrlə 142 qaynar xəttə zəng etsəmdə mənə cavab verən nazirliyin əməkdaşları hər dəfə deyirlər ki,gözlə.

Nə vaxta kimi gözləyim sualını verəndə isə cavab verirlər ki, bunu vemtas (yəni kompyuter) cavab verir,biz bilmirik.Mənim üç azyaşlı uşağım var.Altı, beş və üç yaşında.

Ona görədə sizdən xahiş edirəm mənim müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və Vahid Elektron Təyinat Alt Sistemi tərəfindən baxılması üçün qəbul edilmiş müraciətimə araşdırılıb cavab verilməsinə köməklik göstərəsiniz.

Aydın Qarayev
050-530-06-25

Analoq.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV