• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

Millət vəkilləri AŞPA-nın yay sessiyasında iştirak edəcəklər

Millət vəkilləri AŞPA-nın yay sessiyasında iştirak edəcəklər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə Paşayeva və Müslüm Məmmədov daxildirlər.

Sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belorusda vəziyyət, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır.

Sessiyada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV