ƏSAS SƏHİFƏ Manşet Millət vəkilliyinə namizəd Rəşad Camalovun Rusiya vətəndaşlığı var-ŞOK İDDİA

Millət vəkilliyinə namizəd Rəşad Camalovun Rusiya vətəndaşlığı var-ŞOK İDDİA

Xarici ölkə vətəndaşları və ya ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə deputatlığa namizəd ola bilməzlər. Amma belə görünür ki, olur…

46 saylı Şirvan seçki dairəsində namizədliyi qeydə alınan mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalovun Rusiya vətəndaşlığı da var, bu haqda araşdırmaçı-jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazıb:

“Bilmirəm, MSK 46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Rəşad Camalovun başqa ölkə vətəndaşlığının olub-olmadığını müəyyənləşdirə bildimi?

Sizə təqdim etdiyim məlumatlardan aydın olur ki, keçmiş müdafiə sənayesi naziri mərhum Yavər Camalovun oğlu Rusiya vətəndaşı olub. Rəşad Camalovun hələ 2008-ci ildə Moskva 46 saylı Regional Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyata alınarkən Rusiya vətəndaşlığı olub. Reyestrdəki məlumatlar 2017-ci ildə də aktual olub və Camalovun üç il öncə də Rusiya vətəndaşlığının olduğunu göstərir. Amma Camalovların Rusiyadakı biznesi haqqında daha geniş yazı olacaq”.seçki.net
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu