ƏSAS SƏHİFƏ Manşet Seçki təbliğatında biabır olan məşhurlar:- Siyahı

Seçki təbliğatında biabır olan məşhurlar:- Siyahı

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyasında maraqlı olaylar baş verir.
1623 namizədin iştirak etdiyi 9 fevral seçkilərinin təbliğat və təşviqat mərhələsi yanvarın 17-də başlayıb.

Müşahidələr göstərir ki, bəzi namizədlər təbliğat kampaniyasında sosial şəbəkələrə üstünlük verir. Həmin namizədlər düşünür ki, sosial şəbəkələrdə müxtəlif sorğular təşkil etmək və təbliğati materiallar yaymaqla seçicilərin rəğbətini qazana bilərlər.

Lakin seçki texnoloqları sosial şəbəkələrdə təbliğat aparılmasını uğurlu taktika hesab etmirlər. Onların fikrincə, namizədlər seçicilərlə bibaşa təmas qurmalı, onları narahat edən problemlərlə tanış olmalı, bunların aradan qaldırılması ilə bağlı layihə və proqramlarını aydın şəkildə diqqətə çatdırmalıdırlar.

Müşahidələr göstərir ki, virtual təbliğat həm də prosesin lağ-lağıya çevrilməsinə səbəb olur.

Təbliğat və təşviqat kampaniyasında diqqət çəkən məqamlardan biri də bəzi namizədlərin seçicilər tərəfindən narazılıqla qarşılanmasıdır. Bu sırada xüsusilə 78 saylı Lerik seçki dairəsindən namizəd İqbal Məmmədovun, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizəd Çingiz Qənizadə və 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd Fəzail Ağamalını göstərmək olar.

Məlumat üçün deyək ki, adıçəkilən şəxslər bundan əvvəl həmin dairələrdən deputat seçiliblər.

78 saylı Lerik seçki dairəsində namizəd İqbal Məmmədov həm də “Relax” İstirahət Mərkəzinin sahibi kimi tanınır. O, deputat olduğu dövrdə nəinki seçicilərin problemləri ilə maraqlanıb, əksinə, bütöv bir kəndi susuz qoyub. Mediada gedən məlumatlara görə, o, Orand kəndinə gələn su xəttini öz kartof sahəsinə yönəldib.

Çingiz Qənizadəyə gəlincə, o, İmişlinin Qızılkənd kəndində keçirdiyi görüşdə etirazla qarşılanıb. Qarabağ veteranı olan seçicilərdən biri yaşayışından şikayətlənib. Çingiz Qənizadənin onun şikayətlərinə cavabı isə seçicilərin etirazına səbəb olub.

Fəzail Ağamalı isə seçicilərilə Şəhidlər Xiyabanında “görüşüb”. Seçicilərin bu görüş barədə məlumatı olmayıb. Daha sonra seçicilər restorana aparılıb və Fəzail Ağamalı onlara ziyafət verib. Seçicilər əvvəlcə nə baş verdiyini bilməyiblər. Daha sonra bunun seçki təbliğatı olduğunu anlayıblar və Fəzail Ağamalının bu addımı sərt tənqid ediblər.

Təbliğat və təşviqat kampaniyasında maraqlı məqamlardan biri də bəzi dairələrdə seçicilərin öz deputatlarını tanımamasıdır. Hələlik iki dairədə belə hal yaşanıb. Bunlardan biri spiker Oqtay Əsədovun namizəd olduğu 45 saylı Abşeron seçki dairəsidir. Oqtay Əsədov həm də bu dairənin deputatıdır. Amma bu günlərdə keçirilən videosorğudan aydın olur ki, burada Oqtay Əsədovu tanımırlar.

Digər dairə isə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin namizəd olduğu 8 saylı Binəqədi birinci seçki dairəsidir. Azay Quliyev artıq ikinci dəfədir ki, bu dairədən deputat seçilmək istəyir. Lakin keçirilən sorğular göstərir ki, seçiciləri onu tanımır. Bu günlərdə keçirdiyi görüşlə bağlı yayılan videosorğudan isə məlum olur ki, görüşə universitet tələbələri məcburi gətirilib və onların çoxu namizədi tanımır.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu