Fəttah Heydərovun köməkçisi YAP-dan qovuldu: Ramin Əhmədov çətin vəziyyətdə




9 fevral növbədənkənar parlament seçkiləri bir çox dairələrdə hərarətli və qalmqallı keçir. Belə dairələrdən biridə 16 saylı Yasamal İkinci Seçki Dairəsidir.

Bu dairədən hakim partiya – YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, ən çox diqqət çəkən məqamlardan biri də partiyanın daha bir vəzifəli namizədinin iddialı formada seçki yarışına qatılmasıdır. Həmin şəxs isə YAP Nizami rayon təşkilatının sədr müavini, “RX SƏRDAROĞULLARI HOLDİNG” MMC-nin meneceri və Respubilka Ağsaqqallar Şurası sədri Fəttah Heydərovun köməkçisi Ramin Əhmədovdur. Digər iddialı namizədlər isə Müsavat Partiyasından BDU-nun professoru Almaz Məmmədova ilə ReAL Partiyasını təmsil edən Erkin Qədirlidir.

Əlindəki maliyyə qaynaqları hesabına 16 saylı Yasamal İkinci Seçki Dairəsində ciddi təbliğat-təşviqat kampaniyası aparan Ramin Əhmədovun artıq problemlə üzləşdiyi deyilir.

Ötən gün Ramin Əhmədov YAP sıralarından qovulub. Belə ki, partiyanın Nizami rayon təşkilatı sədrinin müavininə namizədlikdən geri çəkilmək təklifi edilsə də, Ramin Əhmədovbunu qulaqardına vuraraq, sona qədər mübarizə aparacağını bildirib. Məhz bundan sonra YAP yetkililəri qovulan 200 nəfər partiya üzvüləri sırasına Ramin Əhmədovun da adını salmaq məcburiyyətində qalıblar.

Bildirək ki, iki gün öncə YAP rəsmi olaraq sıralarından 200 nəfərin qovulması barədə məlumat yaydı. Partiyanın icra katibinin müavini Siyavuş Novrzuzov isə bu məsələ ilə bağlı mətbuata verdiyi açıqlmada bildirdi ki, YAP Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var:

“Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.Secki.net

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi