ƏSAS SƏHİFƏ Manşet Xalq artisti öz brendilə şokolad istehsalına başlayıb

Xalq artisti öz brendilə şokolad istehsalına başlayıb

Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni ABADçı və onun hazırladığı qida məhsulunu təqdim edib.


Bu dəfə ABADçılar sırasına Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva qoşulub. Sənətkar xanım “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.


ABADçı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən xalq artisti ABADçı adını qazanaraq öz məhsulunu ABADın dəstəyi ilə istehsal edir.


Verilən məlumata görə, “ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu “Fairmont Baku, Flame Towers” və İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir

marja.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu