• 22:52 – Qurd ;"Cavidan tir-tir əsirdi" 
  • 19:17 – Həkim müğənnini döydü 
  • 16:51 – Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı-Bəxtiyar Qəhrəmanov 
  • 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 22:31 – Azər Mirzəyev: "11 ildir Federasiyada seçkilər keçirilmir" 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 

Ankarada ölənlərin sayı 34 nəfərə çatdı - Yeniləndi

  • Tarix: 14.03.2016, 10:39,
  • Bölmə: Manşet
  • Baxılıb: 5320
Ankarada ölənlərin sayı 34 nəfərə çatdı - Yeniləndi Ankarada ölənlərin sayı 34 nəfərə çatdı - Yeniləndi Ankarada ölənlərin sayı 34 nəfərə çatdı - Yeniləndi

Türkiyənin paytaxtı Ankarada partlayış baş verib.

Analoq.az xəbər verir ki, partlayış yerli vaxtla 18:35-də Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında törədilib.

Hadisə nəticəsində xeyli adam yaralanıb, yaxınlıqdakı bir neçə avtomobil yanıb.

Partlayışın bomba yüklü avtomobilin sərnişin avtobusu ilə toqquşan zaman işə salındığı təxmin edilir.

***

Ankarada baş verən terror aktı nəticəsində azı 10 nəfərin həlak olduğu deyilir.

***

Ankarada baş verən partlayışdan sonra telekanallara hadisə ilə bağlı canlı yayım qadağan edilib.

Əraziyə xeyli təcili tibbi yardım briqadaları göndərilib.

***

Ankara teraktında 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

***

“Röyter” agentliyinin məlumatına görə, teraktda 32 nəfər ölüb.

***

Türkiyənin Səhiyyə naziri Məhmət Müəzzinoğlu terakt nəticəsində 34 nəfərin həlak olduğunu, 125 nəfərin isə yaralandığını açıqlayıb.

Nazirin sözlərinə görə, 19 nəfərin vəziyyəti çox ağırdır. 7 nəfər hazırda əməliyyat olunur.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV