Terorçunun atası danışdı:"Cənazəsini qəbul etmirəm"



Terorçunun atası danışdı:"Cənazəsini qəbul etmirəm"

Bugün Ankaranı qana boyayan terrorçu Səhər Çağla Dəmirin atası danışıb.
Təkirdağ Təhlükəsizlik Xidməti Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən gecə saat 03:30 radələrində evlərindən aparılıb ifadəsi alınan ata C.D ifadəsində qızının 2012-ci ildə Balıkesir Universitetinə qəbul olduqdan sonra bir daha ondan xəbər ala bilmədiyini və qızının itkin düşməsi barəsində polisə müraciət etdiyini söyləyib.
 
Əgər qızım canlı bombadırsa cənazəsini qəbul etmirəm!
 
Baba D. ifadəsində, "Qızım ilk, orta və lisey təhsilini Mərmərə Ereğlisində oxudu. Daha sonra 2012-ci ildə Balıkəsir Universitetinə qəbul oldu. Daha sonra qızım haqqında xəbər ala bilmədik. İtkin düşməsi ilə bağlı polisə müraciət də etdik. Amma belə bir hadisəyə qarışmışsa cənazəsini də qəbul etmirəm "dediyi öyrənilib.
 
Terror şübhəlisi Səhər Çağla Dəmirin atasının və qardaşının da Tekirdağ Təhlükəsizlik Xidmətində ifadəsi alındıqdan sonra Tekirdağ Dövlət Xəstəxanasında DNT müqayisəsi üçün qan nümunələri alınıb. Araşdırma davam edir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi