Reza Zarrab ABŞ-da həbs edildi » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Reza Zarrab ABŞ-da həbs edildi

Reza Zarrab ABŞ-da həbs edildi Reza Zarrab ABŞ-da həbs edildi
Reza Zarrab ABŞ-da həbs edildi

İran əsilli iş adamı Zarrab ABŞ-ın Mayami şəhərində İran hökumətinə qarşı sanksiyalardan qaçmaq üçün yüzlərlə milyon dollarlıq əməliyyatlara qarışdığı səbəbiylə həbs olundu. Zərrab üçün 75 il həbs istənir

İran əsilli iş adamı Reza Zarrab, İrana qarşı sanksiyalardan qaçmaq üçün İran hökuməti və digər təşkilatların qurduğu mexanizmanın bir parçası olmaq və yüzlərlə milyon dollarlıq əməliyyatlara qarışmaq ittihamı ilə ABŞ-ın Mayami şəhərində iki İranlı ilə birlikdə həbs edildi.

FBI tutdu
Reuters və Əl-Cəzirə Türkün xəbərlərinə görə, prokurorluq hər üç şübhəli üçün ABŞ-ı aldatmaqda beş il, ABŞ-ın İran sanksiyalarını pozmaqdan 20 il, bank saxtakarlığından 30 il və çirkli pul yumaqdan 20 il olmaqla cəmi 75 il həbs istədi.

FBI-in şənbə günü nəzarətə aldığı iddia edilən Zarrabın dünən Miamidə hakim qarşısına çıxarıldığı öyrənildi. Prokuror, Zarrabın işlədiyi iddia edilən cinayətlərin sıralandığı 21 səhifəlik iddianamənin açıqlanmasının ardından şübhəlilər haqqında etdiyi şərhdə "Bu şübhəlilər, illərlə İran və İranlı şirkətlərə qarşı sanksiyaları pozandular və dünya miqyasında çirkli pulları yudular" dedi. Zərrab Türkiyədə 17-25 dekabr istintaqları zamanında qısa müddətə həbs olunmuş, daha sonra sərbəst qalmışdı.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV