Novruz-Ergenekon bayramı » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Novruz-Ergenekon bayramı

Novruz-Ergenekon bayramı Novruz-Ergenekon bayramı Novruz-Ergenekon bayramıBəşəriyyətin ən qədim və müqəddəs kütəvi şənlik mərasimləri – Ergenekon-Novruz bayramı Türkün qanı, canı və ruhu olmaqla tarixən ən əziz bayram kimi qeyd edilib. Bu bayramın ən yüksək səviyyədə Azərbaycanda qeyd edilməsi Odlar Yurdunun ta qədimdən müqəddəs torpaq olduğunu təsdiqləyir.

Dünya mədəniyyətinin ən qədim beşiklərindən hesab olunan Odlar Yurdu Azərbaycanda ta qədimdən yaşayan türklər bəşər xəzinəsinə çox zəngin töhfələr bəxş ediblər. Ən qədim mənbələrin verdiyi məlumatlara görə, bəşəriyyətin ilk mədəniyyət elementləri – yazı, folklor, musiqi, poeziya, ədəbiyyat, incəsənət, idman yarışları, xalq teatrı, xalçaçılıq, sənətkarlıq, elmi-fəlsəfi biliklər və s. məhz bu torpaqlarda təşəkkül tapıb. Bu torpaq neçə dahilər yetişdirib, neçə-neçə şedevrlər yaradıb.

Azərbaycan türklərinin dünya mədəniyyətinə verdiyi misilsiz töhfələrdən biri də milli-dini bayramlarımızdır. Azərbaycan xalqının, eləcə də bütün dünya türklərinin ən müqəddəs bayramı olan Novruz-Ergenekon (Törəyiş) bayramı öz təmizliyi, saflığı, rəngarəngliyi, ilahi mahiyyəti ilə bizə məlum olduğuna görə, 10 min ildən artıqdır ki, ən əziz bayram kimi elliklə qeyd olunur.

Bəşərin ilk bayramı

Dünyanın ilk dini olan Zərdüştlüyün təsiri ilə yaranmış Ergenekon (Novruz) bayramı haqda məlumatlara Tanrının 10 min əvvəl insanlara göndərdiyi ilk müqəddəs kitab olan Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, Dədə Qorqut dastanlarında və digər qədim mənbələrdə rast gəlinir. Novruz Bayramı birmənalı olaraq Tanrıya tapınmanı, Onun verdiyi nemətlərə görə minnətdarlıq hissi ilə xidməti özündə ehtiva edir.

Təsadüfi deyil ki, qədim türklər, Zərdüştlüyün maqları Novruz Bayramında və onun dörd ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, Tanrıya (Oda – Tanrının ən güclü maddi enerjisinə) Onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. Bu mərasimlərdə Tanrını vəsf edən mərasim nəğmələri oxunar, məbədlərdə böyük bayram tədbirləri keçirilərmiş.

Novruz bayramının əsl adı Ergenekon olub. Bu mərasimlər ən qədim inancların, Tanrıya saf qəlbdən tapınmanın əyani nümayişi olaraq maddi təbiətin dörd ünsürünün insan həyatında oynadığı əvəzedilməz rolun layiqli qiymətləndirilməsinə xidmət edir. Məhz bu səbəbdən 4 çərşənbənin hərəsi təbiətin bir ünsürünə həsr olunarmış.

Su, Od, Torpaq və Yel çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Od çərşənbəsində insanlar səhər tezdən hündür bir təpənin üstündə tonqal qalayar və həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin doğmasını gözləyərmişlər. Elə ki, Günəş doğdu, hamı xorla təbiətin bu odlu qızını salamlayan “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər. Tonqalın başına fırlandıqca oxuyarmışlar:

Ey Qodu xan, Qodu xan,
Yandır bizim odu, xan!
At üstə qod gətir,
Ulusa od gətir
Sözü bal Qodu xan,
Özü al Qodu xan.

Tanrı günü

Ergenekon gününə Hürmüz günü, yəni Tanrı günü deyilərdi. Tanrı gününə hazırlaşan insanlar çərşənbələrdə dörd müqəddəs ünsürlə – su, od, hava və torpaqla pak olma mərasimləri keçirər, ruhu ilə bərabər öz vücudunu da təmizləyərdi. Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanır. Həmin gecə hec kim yatmaz, çillə keçirər, Ulu Danı – müqəddəs Günəşi qarşılayardı.
Əski inanca görə, sonuncu çərşənbə gecəsi bir-birindən aralı düşmüş su ilahəsi Anahit və güc ilahəsi Tiştriya təzədən görüşür və bir-birinə qovuşurlar. Bu gecə vüsal gecəsi, insanın Tanrıya öz sevgisini göstərmək gecəsidir. Qədimdə həmin gecə insanlar bir yerə yığışar, sözlə-sazla Tanrını vəsf edərdilər.

Yazqabağı rituallar maddi dünyanın yaranmasında iştirak edən dörd müqəddəs ünsürlə – su, od, hava, torpaqla bağlıdır. Bu, dolayısı ilə insanların Uca Tanrıya Ehtiramı və Yaradılışa görə Ona minnətdarlığıdır. Azərbaycanda müqəddəs ilaxır çərşənbələri adı ilə keçirilən mərasimlər barədə ən qədim mənbələr məlumat verir.

Müasir arasdırmalara görə, Ergenekon bayramı dünyanın ən qədim bayramı olmaqla köklü dini-fəlsəfi ehkamlara söykənib. Ərəb əsarəti, fars istilası və rus işğalı dönəmlərində xalqımızın bir sıra qədim adət-ənənələrinə, dini-fəlsəfi biliklərinə mövhumat donu geyindirib yaddaşlardan silməyə cəhd edildiyi üçün Ergenekon və onun ilaxır çərşənbələrinin əsl mahiyyəti folklorşünasların və etnoqrafların diqqətindən kənarda qalmışdı.
Əsrlər boyu düşmənlərimiz bu xalqın mədəniyyətinə, mənəviyyatına və tarixinə balta çalmağa çalışmış, onun gen yaddaşını belə itirməyə cəhd etmişlər. Amma bütün bunlara baxmayaraq bu bayram Azərbaycan xalqının gen yaddaşında minillər boyu yaşadı və itirilmədi. Bu gün Ergenekon mərasimləri qədimdə olduğu kimi ümumxalq bayramı kimi qeyd olunur. Ergenekon Türklərin bayramıdır. Azərbaycan Türkləri isə bu bayramı ən əziz və müqəddəs bayram kimi çox yüksək səviyyədə qeyd edirlər.

Dörd Müqəddəs Ünsürə Ehtiramla Təmizlənmə

Çərşənbələrin mahiyyəti əsasən dörd müqəddəs ünsürə ehtiram bildirmək və onların vasitəsilə mənəvi və ruhi cəhətdən təmizlənmək prosesindən ibarətdir. İndiki zamanda da bəzi bölgələrimizdə (məs., Qarabağ, Gəncəbasar, Naxçıvan və s.) hər çərşənbə bir ünsürlə təmizlənmə mərasimləri həyata keçirilir.

Torpaq çərşənbəsində həyətdə lağım qazılır və adamlar bu lağımın içindən sürünərək keçməklə həm torpağa ehtiram bildirir, həm də təmizlənirlər. Su çərşənbəsində mütləq təmiz suda yuyunmaq və evdə açıq qabda su qoyulmaqla suya ehtiram bildirir və onun enerjisi ilə təmizlənirlər. Yel çərşənbəsində açıq havada çox gəzmək və bədənin daha çox hava qəbul etməsinə şərait yaratmaqla təmizlənmə və havaya ehtiram bildirilir. Od çərşənbəsində isə tonqallar yandırılır, insanlar oda təmiz, saf və qansız nemətlərdən pay atır, sonra isə ocağın üstündən atılırlar.
Bununla da Oda ehtiram göstərilir və onun müqəddəs enerjisi ilə ruhi təmizlənmə aparılır. Yeri gəlmişkən, qədim türklər Odu Tanrının ən güclü maddi enerjisi kimi qəbul edir və Odun ruhi təmizlik verdiyini bilirdilər.

Torpaq çərşənbəsində həm də qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu qədim ənənələrə bəndəniz Tovuz rayonunun Duz Qırıqlı və Asağı Alplı kəndlərində rast gəlib. Bu cür səhnələr bizə Dədə Qorqut dastanlarından tanışdır. Amma təəssüf ki, bəzi qədim rituallara indi az yerdə təsadüf olunur.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim türk dini-fəlsəfi biliklərinə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür. Türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı, xristianlarda isə İisus Xristos dirilən gün – bazar günüdür.

Novruz- Tarix və Mahiyyət

Məlumdur ki qədim türklər dörd müqəddəs ünsürdən başqa, həm də Günəşə yüksək ehtiram bildirirdilər. Günəş qədim türk-ari sivilizasiyasının müqəddəs saydığı və Tanrının dünyanı yaratdığı zaman insan oğluna bəxş etdiyi ən vacib səma cismidir. Ona görə də dörd müqəddəs ünsürə həsr olunan çərşənbələrdən sonra Böyük Bayram- Novruz gecəsi olurdu və gecəylə gündüzün tam bərabərləşdiyi bu gün həm də Günəşə həsr olunurdu.

Novruz-Ergenekon bayramının nəyə görə məhz martın 21-dən 22-ə kəcən gecə qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Elm isə yalnız ötən əsrdə sübut edə bilib ki, gecə-gündüz bərabərliyi və təbii qüvvələrin tam oyanması məhz həmin gecə baş verir.

Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Dünyanın ən qədim müqəddəs bayramını yaradan, Tanrının və Təbiətin şəninə keçirilən mərasimləri reallaşdıran, bunu on minillər boyu yaşadan bir xalqın övladı olmaqla fəxr etməyə dəyər.

Bəşəriyyətə ilk müqəddəs kitabı – Avestanı gətirən Zərdüşt Peyğəmbərin dini təlimi Mazdyasnada müqəddəs hesab edilən Ergenekon (Novruz) xalqımızın gen yaddaşında əbədi yaşayır. Yer üzündə bundan yüksək və bundan qədim bayramın ola biləcəyi inandırıcı olmazdı. Avestaya görə, Zərdüşt Peyğəmbər də məhz martın 21-i gecesi doğulub və bu tarix də Novruzun müqəddəs olduğunu təsdiq edə bilər.

Bunları nəzərə aldıqda bayramın yaşının 10 min ildən az olmadığını görə bilərik. Görkəmli tarixçi alimlərimiz M.Seyidov, Elməddin Elibəyzadə, Baloğlan Şəfizadə və başqaları Novruzun mənşəyini çox-çox qədimlərə bağlayaraq qeyd edirlər ki, bu mərasimlər qədim dini biliklərə və yüksək mədəniyyətə əsaslanır və Tanrıya idadət rituallari kimi keçirilirdi.

Novruzun mahiyyəti əslində qondarma tarixçilərin dediyi kimi təkcə təbiətin oyanmasindan ibarət ola bilməz. Çünki tarixi faktdır ki xalqımız ta qədimdən zəngin dini-fəlsəfi bilklərə və tək Tanrıçılıq təliminə sahib olub. Ona görə də, xalqın ən böyük və müqəddəs bayramı da məhz bu faktorların əsasında formalaşa bilərdi. Avestanı oxuyanda bu qənaətə gəlmək asan olur.

Novruzun müqəddəs atributları

Novruzun öz spesifik süfrəsi var. Burada bitkilərdən hazırlanmış 7 növ qida məhsulu süfrəyə verilir. Bu yeməklərin şahı təbii ki xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdir. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq, boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır.

Xalqımız qədimdə ət və ət məhsullarından istifadə etməyib. Ətin zərəri barədə elm hələ indi kəşflər edir. Amma qədim türklər ətdən əsla qida kimi istifadə etməyib. Ümimiyyətlə, türklər Tanrının yaratdığı heç bir canlını öldürməyiblər. Heyvandarlıq yalnız süd və süd məhsulları üçün inkişaf edib.
Bayram gecəsi yumurta da boyanardı. Yeri gəlmişkən, yumurta rüşeym olduğu üçün həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Novruz xonçası düz süfrənin ortasına qoyulur. Süfrənin bəzəyi isə, bu bayramın əsas atributlarından biri olan Səməni olur. Səməninin şər qüvvələri evdən qovduğuna və şadlıq və bərəkət gətirdiyinə inanan xalqımız onu süfrənin ən şərəfli yerində qoyurdu. Səməninin ta qədimdən bəri türklərin müqəddəs rəng hesab etdiyi qırmızı rəngli sarğı ilə əhatələnməsi də təbiidir. Qırmızı Tanrıya sevginin, müsbət enerjinin, xeyir quvvələrin və toy-bayramın rəngidir.

Çox təəssüf ki, minilliklər keçdikcə bəzi qədim bayramlarımız və digər mədəniyyət elementlərimiz unudulub, yaddan çıxıb. Məsələn, oktyabrın 8-i Xvarna (bolluq-bərəkət, Tanrıya təşəkkür) bayramıdır, amma bu bayramı çox təəssüflər olsun ki, hazırda qeyd etmirik. Ərəb işğalı dövründə Novruz Bayramını gözdən salmağa çalışanlar, Sovet dönəmində bu bayramın keçirilməsinə qadağa qoyanlar öz məqsədlərinə çatmadılar. Azərbaycan xalqının Şıxəli Qurbanov kimi böyük oğulları var idi və onlar bu qədim və zəngin bayramı unudulmağa qoymadılar.

Novruz adətləri

Novruz insanları azı bir ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər zorla olsa da barışdırılır. İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla çöllərə çıxır, elliklə gəzinti keçirir şənlənirlər. Cavanlar evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların bayram payını qoyur papağın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhnələşdirilməsidir. Maraqlı bir məsələ də Novruz deyimləri ilə bağldır. Məsələn:

Döyrüşlər, ay döyrüşlər (dərvişlər)
Haqq üzünü görmüşlər
Verin bizim payımızı
Aparaq verək ustada
Ustad yesin ad eləsin
Tanrı sizi şad eləsin.

Təkcə bu bənd göstərir ki, ta qədimdən Tanrı aşiqləri adlanan dərvişlər diyar-diyar gəzib Tanrıya Sevgi təbliğ edər, insanlara ruhi elm bəxş edər, məbədlərdə ibadət və elmlə məşğul olan ustadlarına – maqlara xalqdan bayram payı apararlarmış. Ustad bu payı qəbul edib ad verərmiş. (Burada Dədə Qorqut dastanı və Qorqut Dədənin igidlərə ad verməsi yada düşür.) Ruhani ustadı sevindirməyə və ona xidmətə görə Tanrı o pay sahibini şad edərmiş.

Yeri gəlmişkən, hazırda Novruzun ən qədim çalarları, zəngin adət-ənənələri ilə birlikdə keçirilməsinə Səməd Vurğunun doğulduğu kənddə – Qazax rayonunun Yuxarı Salahlı kəndində rast gəlmək olur. Bu kənddə bayram o qədər maraqlı və zəngin ənənələrlə keçirilir ki, hər il buraya ölkəmizin hər yerindən qonaqlar gəlir ki, bu gecəni canlı seyr etsinlər.

Bu kənddə təşkil olunan mərasimlər tam bir kitablıq söhbətdir. Düsünürəm ki bununla milli təfəkkürə malik tarixçilərimiz və folklorşünaslarımız məşğul olsa yaxşıdır.

Ümumiyyətlə, Novruz-Ergenekon bütün türk-ari sivilizasiyasına məxsus elə bir zəngin xəzinədir ki bəşəriyyətə bundan qədimi və bundan yüksəyi hələ məlum deyil.

Elçin Bayramlı
Lalə Mehralı

TURKUSTAN.infoскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV